Accessibility links

Avropa Oyunları zamanı sadələşdirilmiş viza rejimi tətbiq ediləcək


Hikmət Hacıyev
Hikmət Hacıyev

Əcnəbilər 30 günlük birdəfəlik giriş vizası ala bilər

“Əcnəbi vətəndaşlar Avropa Oyunlarının açılışına 10 gün qalmışdan etibarən oyunların başa çatmasının son gününə qədər Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycanın beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində 30 günlük birdəfəlik giriş vizası ala bilərlər”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar azarkeşlər və idmançılar üçün viza prosedurlarının sadələşdirilməsi ilə bağlı Trend agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, viza almaq üçün aşağıda qeyd olunan sənədlərin təqdim edilməsi kifayətdir.

“Viza üçün ərizə-anket forması. Anket formasını təyyarədə və hava limanında əldə etmək münkündür. Əcnəbinin və ya xarici dövlətdə daimi yaşayan vətəndaşlığı olmayan şəxsin dönüş tarixindən sonra ən azı üç ay etibarlı olan pasportu və ya şəxsiyyət vəsiqəsi olmalı və iki ədəd rəngli fotoşəkil (3x4 sm, ağ fonda) təqdim etməlidir. Bundan əlavə isə Bakı 2015 Avropa Oyunlarına bilet və ya bilet alışını təsdiq edən sənədin çap edilmiş formada təqdim edilməsi kifayətdir”.

Hacıyev bildirib ki, viza rüsumu gəliş zamanı hava limanında ödənilməlidir.

“Rüsum dərəcələri “Dövlət rüsumu haqqında” qanunu ilə müəyyən edilib. “Dövlət rüsumu haqqında” qanunun tələblərinə uyğun olaraq, dövlət rüsumunun məbləğləri barədə məlumat ölkəmizin beynəlxalq statusa malik hava limanlarında hamı tərəfindən görünən yerdə lövhədə yerləşdirilib. Dövlət rüsumunun dərəcələri barədə məlumat Xarici İşlər Nazirliyi və Azərbaycan xarici ölkələrdə akkreditə olunmuş bütün səfirlik və baş konsulluqlarının internet informasiya resurslarında da yerləşdirilib”.

Azərbaycanın beynəlxalq statusa malik hava limanları isə bunlardır:

- Heydər Əliyev Beynəlxalq Hava Limanı

- Gəncə Beynəlxalq Hava Limanı

- Naxçıvan MR Beynəlxalq Hava Limanı

- Qəbələ Beynəlxalq Hava Limanı

- Zaqatala Beynəlxalq Hava Limanı

- Lənkəran Beynəlxalq Hava Limanı

O bildirib ki, kifayət qədər sadə xarakter daşıyan bu qaydalar Bakı Avropa Oyunlarını seyr etmək niyyətində olan azarkeşlər üçün nəzərdə tutulub.

“Yəni oyunları seyr etmək üçün onlayn qaydada bilet alan və ya biletin alınmasını təsdiq edən çeki olan əcnəbi vətəndaş Azərbaycanın beynəlxalq hava limanlarında etibarlı pasport və müvafiq viza rüsumunun ödənilməsi əsasında vizasını ala biləcək”, o qeyd edib.

Mətbuat katibi deyib ki, müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər I Avropa Oyunlarının açılışına 60 gün qalmışdan başlayaraq Oyunların bitməsindən 30 gün keçənədək olan dövrdə pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında Azərbaycana gələ və gedə bilərlər.

I Avropa Oyunları ilə bağlı akkreditasiya olunacaq şəxslərin dairəsi və akkreditasiya kartının forması Azərbaycan Nazirlər Kabinetinin “I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar akkreditasiya tədbirləri haqqında” 9 fevral 2015-ci il tarixli, 31 nömrəli Qərarı müəyyənləşdirilib.

Bu kateqoriyada əsasən Avropa Oyunlarda iştirak edəcək idmançılar və onların komandaları nəzərdə tutulur”, Hacıyev bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG