Accessibility links

Suriyada döyüşlərdə iştirak etməkdə ittiham olunanlar ifadələrindən imtina ediblər


Suriyada döyüşlərdə iştirak etməkdə ittiham olunanlar ifadələrindən imtina ediblər
Suriyada döyüşlərdə iştirak etməkdə ittiham olunanlar ifadələrindən imtina ediblər

Növbəti iclas aprelin 13-nə təyin edilib

Aprelin 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüş əməliyyatlarında iştirak etməkdə ittiham olunan 6 Azərbaycan vətəndaşının işi üzrə məhkəmə baxışı başlayıb.

Müttəhimlər kürsüsündə Tural Həsənov, Elvin Əliyev, Fərid Muradov, Namiq Məmmədov, Ruslan Mustafayev və Taryel Mustafayev əyləşib.

Vəkil Elmar Süleymanovun Turan-a verdiyi məlumata görə, müdafiə tərəfin yenə təqsirləndirilən şəxslərin dəmir barmaqlıqlar arxasından çıxarılması haqqında vəsatət qaldırıb. Lakin vəsatət təmin edilməyib.

Daha sonra ittiham aktı elan edilib. Müttəhimlər 228.1 (qanunsuz silah dövriyyəsi), 279.1 (qanunvericilikdə nəzərdə tutulmamış silahlı birləşmə və ya qrup yaratma), 214 (terrorçuluq) və digər maddələrlə ittiham olunur.

Bundan sonra müttəhimlər çıxış ediblər, onlar ibtidai istintaqda verdikləri ifadələrdən imtina edərək, təzyiq altında ifadə verdiklərini bildiriblər.

Onlar qeyd ediblər ki, Suriyaya döyüş əməliyyatlarında iştirak üçün deyil, tibbi və digər yardımlar göstərmək üçün gediblər. Onlar hərbi düşərgələrdə olmayıblar və öz istəkləri ilə qayıdıblar.

Vəkil Süleymanov bildirib ki, istintaq bunun əksini iddia edir, amma işdə təqsirləndirilən şəxslərin könüllü şəkildə qayıtdığını təkzib edən heç bir arqument yoxdur

Növbəti iclas aprelin 13-nə təyin edilib.

Bu iş üzrə müttəhimlərin adı Suriyada döyüş əməliyyatlarında iştirak ittihamı ilə MTN tərəfindən saxlanılmış 26 Azərbaycan vətəndaşının siyahısında keçir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG