Accessibility links

Reyçel Denber: Azərbaycanda repressiyalar misilsiz olub


Reyçel Denber

Reyçel Denber

Human Rights Watch-un sədr müavini hüquq müdafiəçlərinin və hökumətin tənqidçilərinin əksəriyyəti həbs edildiyini bildirib

Avropa İttifaqı (Aİ) faktiki olaraq kənara çəkilib və Azərbaycanda insan hüquqlarının pozulmasının bu ölkənin 24 illik müstəqilliyi dövründə ən ciddi şəkildə güclənməsini müşahidə edir.

Bu barədə Human Rights Watch-un sədr müavini Reyçel Denberin məqaləsində deyilir.

Buna son qoyulmalıdır və Aİ-nin Avropa Qonşuluq Siyasəti və Genişlənmə məsələləri üzrə yeni komissarı Yohannes Hanın Bakıya səfəri zamanı öz qətiyyətini nümayiş etdirmək üçün yaxşı imkanı var. Aprelin 7-8-də o, Bakıda Azərbaycan hökuməti ilə strateji tərəfdaşlıq məsələlərini müzakirə edəcək, deyə məqalədə bildirilir.

Artıq uzun illərdir Aİ ikitərəfli əməkdaşlıq çərçivələrini genişləndirmək və 2009-cu ildə müddəti başa çatmış Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Sazişi dəyişdirmək məqsədilə Azərbaycanla danışıqlar aparır.

“Danışıqlar uzanıb, Azərbaycanda insan hüquqlarının vəziyyəti pisləşib, Aİ-nin qətiyyəti isə göründüyü kimi, yox olub. Azərbaycan hökuməti tamamilə açıq şəkildə göstərib ki, azad ticarət və viza rejiminin liberallaşması məsələlərini hərtərəfli islahatlarla əlaqələndirmək istəmir. Bakı özünü bu öhdəliklərdən asılı hiss etmədiyini göstərib. Buna görə hakimiyyət fərqli düşünənlərlə amansızca hesablaşaraq, Aİ ilə münasibətlərdə insan hüquqlarına yer olmamasında israr edir”, deyə Reyçel yazır.

Bu fonda repressiyalar misilsiz olub: 2014-cü ildə hüquq müdafiəçlərinin və hökumətin tənqidçilərinin əksəriyyəti həbsə atılıb və ya sürgün edilib.

Onlarla QHT-nin bank hesabları dondurulub, onların əksəriyyəti bağlanıb. Qanunlara mürtəce dəyişikliklər müstəqil hüquq müdafiə fəaliyyətini qeyri-mümkün edib. Bütün bunlar Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti kökündən dəyişdirib.

“Hələlik Aİ-nin Bakının insan hüquqları sahəsində islahatlardan imtinasına qarşı nə vaxt və necə mübarizə aparacağı aydın deyil. Amma şübhə yoxdur ki, cənab Hann Bakıda insan hüquqlarını müdafiə edənləri müdafiə etməlidir. O, hökuməti repressiyalara son qoymağa, tənqidi səsləri susdurmamağa çağırmalıdır. Və ilk növbədə, o, aydın və birmənalı şəkildə qanunsuz olaraq həbs edilmiş Azərbaycan jurnalistlərinin və hüquq müdafiəçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırmalıdır”, deyə Reyçel qeyd edir.



XS
SM
MD
LG