Accessibility links

AŞPA-nın həmməruzəçisi Pedro Aqramuntun Azərbaycana gəlişi təxirə salınıb


AŞPA-nın həmməruzəçisi Pedro Aqramunt

AŞPA-nın həmməruzəçisi Pedro Aqramunt

Bu barədə AŞPA-nın rəsmi “Twitter” səhifəsində qeyd edilib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramuntun Bakıya planlaşdırılan səfəri təxirə salınıb.

Bu barədə AŞPA-nın rəsmi “Twitter” səhifəsində qeyd edilib.

“AŞPA həmməruzəçisi Pedro Aqramuntun aprelin 8-9-da Bakıya planlaşdırılan səfəri gözlənilməz hadisə üzündən təxirə salınıb”,- deyə məlumatda bildirilir.

P. Aqramuntun səfəri AŞPA-nın İnsan haqları və hüquqi məsələlər üzrə Komitəsi adından hazırlayacağı “Azərbaycanın Avropa Şurasındakı sədrliyi: İnsan hüquqlarının qorunması sahəsində nə kimi tədbirlər görülməlidir?” adlı hesabatla əlaqədar idi.

XS
SM
MD
LG