Accessibility links

Beynəlxalq konfrans: Kibertəhlükələrə qarşı mübarizə azadlıqlara mane olmamalıdır


Bakıda kibertəhlükəsizliklə bağlı konfrans keçirilib

Bakıda kibertəhlükəsizliklə bağlı konfrans keçirilib

Forumda kibertəhlükələrə qarşı beynəlxalq və milli səviyyədə mübarizə məsələləri müzakirə edilir

Kibertəhlükələr, ona qarşı milli və beynəlxalq səviyyədə mübarizə, bu sahəyə beybnəlxalq yanaşma və milli strategiyalar, kibercinayətlərə qarşı mübarizədə azadlıqların qorunması, kibertəhlükələr zamanı müdafiə metodları, məlumatlandırma, məlumatların qorunması və informasiya texnologiyaları sahəsində fəaliyyət azadlığı məsələləri aprelin 13-də Bakıda ADA Universitetində açılan ikigünlük beynəlxalq konfransın əsas mövzularıdır.

ATƏT-in Bakı Layihə Əlaqələndircisi və Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilən, ABŞ və özəl şirkətlərin dəstəyi ilə “İnformasiya əsrində Milli Təhlükəsizlik: İKT-dən istifadənin təhlükəsizlik tərəfləri” mövzusunda keçirlən konfransda ATƏT-in layihə əlaqələndiricisi Aleks Şahtaxtinski, ABŞ, Türkiyə səfirləri Robert Sekuta və Alper Coşkun, Estoniyanın müvəqqəti işlər vəkili Yap Ora, kibercinayətlər üzrə ixtisaslaşmış beynəlxalq ekspertlər, Azərbaycanın hökumət qurumlarının nümayəndələri iştirak edir.

“Dünyada 3 milyarddan çox insan internetdən istifadə edir. Bunlardan bir qismi real və ya rəqəmsal mallar əldə edir, şəxsi məsələləri həll edir. Böyük sayda insan alış verişləri barədə məlumatların açılmasını istəmir. Digər tərəfdən də özəl şirkətlər, banklar koorporativ əlaqələri, dövlətlərin və biznes qurumlarının, şəxslərin özəl məlumatları qorunmalıdır”, deyə

ATӘT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski bildirib.

Onun sözləırinə görə, bütün ölkələr kiberhücumlara məruz qalır.

Bakıda kibertəhlükəsizliklə bağlı tədbir keçirilib

Bakıda kibertəhlükəsizliklə bağlı tədbir keçirilib

“Bu da beynəlxalq əməkdaşlığı dərinləşdirməyi zərurətə çevirir. Azərbaycanda sürətli inkişaf və modernləşmə də bu sahəyə diqqəti artırmağın vacibliyini ortaya qoyur. ATӘT Azərbaycan hökumətinə öz təhlükəsizliyini təmin etməkdə kömək göstərməkdən məmnundur”.

A.Şahtaxtinski Fransada televiziyalardan birinin bu yaxınlarda ciddi kiberhücuma məruz qaldığını xatırladıb.

“Bu hücumu İŞİD boynuna götürdü. İŞİD bu gün kiberhücumlarla tәhdid edir. Bu bizim üçün siqnal olmalıdır”, o qeyd edib.

Kibertəhlükələrə qarşı mübarizə Azərbaycan üçün daha artıq məzmun kəsb edir. Bu zaman Azərbaycanda sürətli iqtisadi inkişaf, internüet sahəsində önəm, orbitə buraxılmış peykləri qeyd edilib.

Azərbaycan Xarici İşlәr Nazirliyinin Beynәlxalq Tәhlükәsizlik İdarәsinin rәisi Qaya Mәmmәdov deyib ki, kibermәkan nә qәdәr dinamik vә geniş olsa da, dövlәtlәrarası münasibәtlәri tәnzimlәyәn mәsәlәlәr - әrazi bütövlüyü, müstәqillik prinsiplәri bu sahәdә dә olmalıdır.

“Kibertəhlükələr sərhəd tanımır, hərəkətin sahibini müəyyən etmək çətindir. Tәәssüf ki, bu sahәdә beynәlxalq qaydalar və konsensus da yoxdur. Ümid edirik ki, BMT-nin bu sahәdә gördüyü işlәr töhfәsini verәcәk”, o qeyd edib.

ABŞ səfiri Robert Sekuta son 30 ildə baş verən informasiya inqilabı və ABŞ təcrübəsindən danışıb. O informasiya texnologiyalarının inkişafa təkanı ilə yamnaşı ciddi təhlükələrini də diqqətə çatdırıb.

“Kibercinayətlər həm də milli təhləkəsizlik məsələsidir. Kiberhücumlar nəticəsində şəhərlər qaranlığa qərq ola bilər, idarəetmədə təhlükələr yarana bilər. Milli səviyyədə kibertəhlükə dövlət resurslarını, hərbi sahəni, nüvə texnologiyalarını və başqa sahələri əhatə edir. ABŞ hər gün minlərlə kiberhücumlarla qarşılaşır. ABŞ nüvə infrastrukturlarına da hər gün kiberhücumlar olur”, səfir qeyd edib.

Onun sözlərinə görə, ABŞ kiber hücumla üzləşən yeganə ölkə deyil. Bu sahədə beynəlxalq əməkdaşlıq çox vacibdir.

“Azərbaycan da kibertəhlükəsiz gələcəyə öz töhfəsini verir, kommunikasiya və enerji sahəsində regionun aparıcı ölkəsi olmağa çalışır. ABŞ bu təşəbbüsləri dəstəkləyir. Ölkələrarası münasibətlərdə kibertəhlükəsizlik məsələsi getdikcə daha da əhəmiyyət kəsb edəcək", o qeyd edib.

Hazırda dünyada 2 milyard insan Smartfonlardan istifadə edir və bu rəqəm 2020-ci ildə 4 milyarda çatacaq. Bütün ölkələrin infrastrukturları kibertəhlükəsizlikdən asılıdır. Burada informasiya azadlığına da nəzaərət mexanizmi yoxdur. Kibertəhlükəsizlik soyuq müqharibə dövründən fərqli olaraq yeni münasibətlər tələb edir. Bacarıqlı dövlətlər və şirkətlər belə mənbəni tapıb, cinayəti araşdıra bilmir.

“Biz beynəlxalq əməkdaşlıq çərçivəsinsdə məlumatlarımızı müdafiə etməli, azadlıqlarımızı qorumalı və milli təhlükəsizliklərimizi təmin etməliyik. Bu sahədə milli və beynəlxalq cəhdlər birləşdirilməlidir”, Türkiyə səfiri Alper Coşkun qeyd edib.

Səfir NATO-nun kibertəhlükəsizlik məsələsini prioritet elan etdiyini xatırladıb.

“NATO kollektiv təhlükəsizlik təşkilatıdır. NATO kibertəhlükəsizliyi fəaliyyət planına daxil edib. Bu sahədə xəbərdarlıq artırılmalı, zəif cəhətlər barədə tərəflər məlumatlandırılmalıdır”, səfir bildirib.

Kibertəhlükələrə qarşı mübarizə azadlıqlara və inkişafa mane olmamalıdır. Beynəlxalq və milli sənədlər sərt qadağalar müəyyən edə bilməz.

“Azadlıqların müdafiəsi həm milli, həm də beynəlxalq səviyyədə qorunmalıdır”, Estoniyanın müvəqqəti işlər vəkili Yap Ora qeyd edib.

Konfrans kiber dövlətçiliyin inkişafı, kibercinayətkarlıqla mübarizədə qabaqcıl beynəlxalq təcrübələr, kibercinayətlər və kütləvi tədbirlər panellərində davam etdirilir.

Azərbaycan 2001-ci il noyabrın 23-də “Kibercinayətlər haqqında” Budapeşt Konvensiyasına qoşulub.

XS
SM
MD
LG