Accessibility links

Bakı meriyası Müsavat partiyasının yürüşünə icazə vermədi


Müxalifət aprelin 2-nə mitinq təyin edib

Müxalifət aprelin 2-nə mitinq təyin edib

Aprelin 14-də Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının təmsilçisi Razim Əmiraslanlıya aprelin 19-a planlaşdırdıqları yürüşün əvəzinə keçmiş «Məhsul» stadionunda mitinq keçirməyi təklif edib.

Bakı şəhər İcra Hakimiyyətinin məlumatında deyilir ki, Müsavat Partiyasının planlaşdırdığı yürüşün keçdiyi ərazidə nəqliyyat intensiv hərəkət edir. Odur ki, aksiyada iştirak etmək niyyəti olmayan vətəndaşların sərbəst hərəkətinin, eyni zamanda, nəqliyyat vasitələrinin iş ahənginin və yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsində ciddi problemlər yarana bilər. Buna görə də, yürüşün keçirilməsinin mümkün olmadığı bildirilib.

Meriya yürüşə icazə verməkdən imtina edərsə, partiya icazəsiz aksiya keçirəcəkmi? Bu suala cavabda partiyanın aparat rəhbəri Gülağa Aslanlı deyib ki, Müsavat gələcək addımlarını rəsmi cavab aldıqdan sonra müəyyən edəcək.

Müsavat Partiyası aprelin 19-da etiraz yürüşünə çıxmaq üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdi.

Yürüş iştirakçıları bu yolla iqtisadi böhrana etiraz etmək və siyasi məhbusların buraxılmasını tələb etmək istəyirlər.

XS
SM
MD
LG