Accessibility links

Dövlət ittihamçısı İntiqam Əliyevə 10 il həbs cəzası istəyib [Video]


Amnesty İnternational İ.Əliyevi “vicdan məhbusu” kimi tanıyıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı Fərid Nağıyev çıxış edib.

Dövlət ittihamçısı məhkəmədən İntiqam Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. O, vergidən yayınmada, vəzifə səlahiyyətindən sui-istifadədə və qanunsuz sahibkarlıqda ittiham olunub. Sonradan ona qarşı mənimsəmə və vəzifə saxtakarlığı üzrə itihamlar da irəli sürülüb. İ.Əliyev bütün ittihamları rədd edərək onları siyasi motivli sayır.

Amnesty İnternational İ.Əliyevi “vicdan məhbusu” kimi tanıyıb.

XS
SM
MD
LG