Accessibility links

ENEMO Azərbaycan hakimiyyətini Anar Məmmədlini azad etməyə çağırır


ENEMO Azərbaycan hakimiyyətini Anar Məmmədlini azad etməyə çağırır

ENEMO Azərbaycan hakimiyyətini Anar Məmmədlini azad etməyə çağırır

ENEMO Avropa və Asiyanın 17 ölkəsindən 22 müstəqil QHT-ni birləşdirən beynəlxalq şəbəkədir

Avropa Seçkilərə Müşahidə üzrə Təşkilatlar Şəbəkəsi (ENEMO) yenidən Azərbaycan hökumətini Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlini azad etməyə çağırıb.

A.Məmmədlinin rəhbərlik etdiyi təşkilat 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərini qeyri-demokratik və ədalətsiz qiymətləndirdikdn sonra A.Məmmədli 5,5 il müddətinə həbs olunub.

ENEMO hesab edir ki, A.Məmmədli seçkilərin monitorinqi üzrə tanınmış beynəlxalq standartlara uyğun olaraq qanuni iş aparıb. Odur ki, onun və həmkarlarının azdlıqdan məhrum edilməsi üçün heç bir qanuni əsas yoxdur. Onlara qarşı cinayət işi saxtalaşdırılıb.

Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının həbsi ölkənin demokratik inkişafına ciddi təhlükə yaradır. Son illər ölkə hakimiyyəti vətəndaş cəmiyətinin fəaliyyətini mümkünsüz etmək üçün qanunvericiliyə düzəlişlərə əl atıb.

ENEMO hesab edir ki, bu hüquqi prosedurlar hakimiyyətin tənqidinə görə vətəndaş cəmiyyətinin sıxışdırılmasına yönəlib.

Azərbaycan hakimiyyəti indiyədək Avropa İttifaqı da daxil olmaqla, bir çox beynəlxalq təşkilatın A.Məmmədlinin azad edilməsilə bağlı çoxsaylı müraciətinə və bəyanatlarına məhəl qoymayıb.Amnesty International onu “vicdan məhbusu” kimi tanıyıb və onun dərhal, şərtsiz azad olunmasına çağırıb.

“ENEMO Azərbaycan hakimiyyətini ona qarşı irəli sürülən bütün ittihamları götürməyə çağırır. Biz Avropa İttifaqını, Avropa Şurasını və digər beynəlxalq təşkilatları azərbaycanlı hüquq müdafəçilərinin azadlıqdan məhrum edilməsini qətiyyətlə pisləməyə, yerli fəalların sıxışdırılmasına son qoyulması, Avropa İnsan hüquqları Konvensiyası çərçivəsində öz hüquqlarını yerinə yetirməsi üçün Azərbaycan hökumətinə təzyiq göstərməyə çağırırıq.

Həmçinin hakimiyyəti hüquq müdafəçilərinin və vətəndaş cəmiyyəti üzvlərinin qorxu və təqib olmadan öz qanuni fəaliyyətini yerinə yetirə bilməsini təmin etməyə çağırırıq”, - bəyanatda deyilir.

ENEMO Avropa və Asiyanın 17 ölkəsindən 22 müstəqil QHT-ni birləşdirən beynəlxalq şəbəkədir.

Qurum demokratik inkişafı və vətəndaşların siyasi proseslərdə iştirakını dəstəkləyir.

XS
SM
MD
LG