Accessibility links

Rəsul Cəfərov 6 il 6 ay azadlıqdan məhrum edilib [Video]


Rəsul Cəfərov bu hökmlə razılşamır və həbsini siyasi sifariş hesab edir

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə hüquq müdafəçisi Rəsul Cəfərova hökm elan olunub.

Məhkəmənin hökmü ilə Rəsul Cəfərov 6 il 6 ay azadlıqdan məhrum edilib.

Rəsul Cəfərov bu hökmlə razılşamır və həbsini siyasi sifariş hesab edir.

"İttihamlar saxta, məhkəmənin hökmü siyasi sifarişdir", Cəfərov məhkəmənin hökmünə belə qiymətləndirib.

Öz növbəsində vəkil Fariz Namazlı məhkəmənin hökmünü əsassız və sifariş sayır. "Məhkəmə sübutları və şahid ifadələrini nəzərə almayıb. Hökmdən apellyasiya şikayəti verəcəyik", o qeyd edib.

2014-cü il avqustun 2-də qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə ittihamları ilə həbs olunan R.Cəfərov sonradan pul mənimsəməkdə və saxtakarlıqda ittiham olunub.

Yerli və beynəlxalq ictimaiyyət Rəsul Cəfərova qarşı ittihamların saxta olduğu, onun hüquq müdafiəçisi kimi fəaliyyətinə görə siyasi sifarişlə həbs olunduğu qənaətindədir.

Amnesty İnternational təşkilatı Rəsul Cəfərovun “vicdan məhbusu” kimi tanıyıb.

XS
SM
MD
LG