Accessibility links

Anastasiya Miller: Rəsul Cəfərovun günahını sübut edən materilları görmədim


Rəsul Cəfərov
Rəsul Cəfərov

Ümumdünya İnsan Hüquqları Federasiyasının məhkəməni müşahidə edən əməkdaşı belə düşünür

Hüquq müdafiəçisi Rəsul Cəfərovun məhkəmə prosesi insan hüquqlarına əməl olunması üzrə beynəlxalq standartların pozulması ilə keçib. Bu barədə prosesi müşahidə edən Ümumdünya İnsan Hüquqları Federasiyasından (FIDH) hüquq müdafiəçisi Anastasiya Miller Turan-ın müxbiri ilə söhbətində bildirib.

Beynəlxalq standartlara görə, məhkəmə istintaqının açıqlığının, şəffaflığının təminatı çox vacibdir. Lakin zalda yerlər az olduğundan istəyənlərin çoxu məhkəmə prosesinə qatıla bilməyib. Halbuki, Bakı Ağır Cinayətlər Məhkəməsində daha geniş zal var.

Miller çıxış edənlərin səsinin normal eşidilməsi üçün zalda mikrofonların quraşdırılması barədə vəkillərin çoxsaylı vəsatətlərinin təmin olunmadığına toxunub. Bu, müşahidəçilər üçün də çətinlik yaradıb.

O həmçinin məhkəmənin audio, video və fotoçəkiliş aparılmasına icazə vermədiyini də qeyd edib.

Hətta fasilə zamanı Millerin R.Cəfərovun fotosunu çəkməyə icazə verilməyib. Məhkəmə icraçıları onun fotoaparatını alıblar və məhkəmədən sonra qaytarıblar.

R.Cəfərova qarşı ittihamların mahiyyətinə gəlincə, Miller deyib: “Mən onun günahını sübut edən materialları görmədim. Zərərçəkənlər bildirdilər ki, onlara heç bir ziyan dəyməyib və özlərini zərərçəkən kimi hiss etmirlər”.

Vəkillər qrantlardan məqsədli təyinatı üzrə istifadəni təsdiqləyən maliyyə sənədlərini təqdim ediblər”, - Miller vurğulayıb.

Proseslə bağlı müşahidələrinin yekunlarına görə Millerdə belə fikir yaranıb ki, R.Cəfərov hüquq-müdafiə fəaliyyətinə görə siyasi motivlərlə təqib olunur.

Xatırladaq ki, bu gün məhkəmə R.Cəfərovu 6,5 il müddətinə azadlıqdan məhrum edib. O, mənimsəmə, vergi ödənişindən yayınma, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirli bilinib.

XS
SM
MD
LG