Accessibility links

“Siyasi məhbuslar Avropa Oyunları ərəfəsində qeyd-şərtsiz azad edilməlidir”


Siyasi Məhbuslarsız Azərbaycan İctimai Alyansı

Siyasi Məhbuslarsız Azərbaycan İctimai Alyansı

"Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı dünyada sülhün, barışın və həmrəyliyin təntənəsi kimi qəbul edilən Avropa Oyunları ərəfəsində rəsmi Bakını ölkə həbsxanalarında olan bütün siyasi məhbusları qeyd-şərtsiz azad etməyə, vətəndaş cəmiyyəti fəallarına qarşı təqiblərə son qoymağa çağırır. Bu barədə təşkilatın aprelin 17-də yaydığı bəyanatda deyilir.

Alyans hüquq müdafiəçisi Rəsul Cəfərov haqqında ibtidai istintaqın siyasi sifarişlə aparıldığını, məhkəmə hökmündə də sifarişin açıq-aşkar ifşa olunduğunu bildirir.

“Məhkəmə hüquq müdafiəçisini 6 il 6 ay ağır cəzaya məhkum edilməsi barədə absurd hökm çıxarıb. Alyans hesab edir ki, məhkəmənin hökmü hakimiyyətin siyasi sifarişidir və Rəsul Cəfərov ictimai fəaliyyətinə, hüquq- müdafiə sahəsində gördüyü işlərə görə cəzalandırılır”.

"Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı hüquq müdafiəçisi İntiqam Əliyev haqqında dövlət ittihamçısının 10 il həbs cəzası tələb etməsini hüquqa zidd və hakimiyyətin növbəti siyasi sifarişi hesab edir.

Alyans 12 saylı Cəzaçəkmə Müəssisəsində məhkum Elşad Babayevin qətlə yetirilməsinə etiraz edən mərhumun məhbus yoldaşları- siyasi məhbus, jurnalist Araz Quliyevin və digərlərinin qanunsuz olaraq Qobustan Qapalı həbsxanasına göndərilməsi qərarını şiddətlə qınayır və qərarın ləğv olunmasını tələb edir.

“Təəssüflə qeyd etmək lazımdır ki, hakimiyyət ictimai- siyasi fəaliyyətinə görə insanların təqib və həbs olunması prosesini davam etdirir. Demokratik Qüvvələrin Milli Şurasının 05 aprel mitinqindən sonra AXCP fəalları Türkel Azərtürk, Saqif Qurbanov və Ruslan Nəsirli şərlənərək həbs olunmuş, Alyans üzvü Elşən Həsənovun və keçmiş siyasi məhbus Bəşir Süleymanlının ölkədən çıxmasına imkan verilməyib”, bəyanatda qeyd edilir.

Öz növbəsində, rəsmi Bakı siyasi baxışlarına və fəaliyyətinə görə vətəndaşların həbs edilmədiyini bildirir.

Bhununla yanaşı, hüquq müdafiəçiləri ölkədə 27-dən 100-ə qədər siyasi məhbusun olduğunu bildirir. Amnesty İnternational Azərbaycanda həıbsdə olan otuzadan çox insanı “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG