Accessibility links

Azərbaycan prezidenti Qələbə günündə Moskvada keçiriləcək tədbirlərdə iştirak edəcək


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Rusiya prezidenti isə Yervanda anım mərasiminə qatılacaq

Azərbaycan prezidenti İlham Əliyev Moskvada keçiriləcək Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr olunmuş hərbi paradda və bayram tədbirlərində iştirak edəcək.

Bu barədə APA-nın “Prezident İlham Əliyev Qələbə günü ilə bağlı Moskvada keçiriləcək tədbirlərdə iştirak edəcəkmi” sualına cavabda Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov bildirib.

“Qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu tədbirlərdə iştirakla bağlı hələ bir neçə ay bundan öncə Rusiya Federasiyasının prezidenti Vladimir Putindən dəvət alıb və həmin vaxt Rusiya tərəfinə rəsmi olaraq bildirilib ki, prezident İlham Əliyev cari ilin may ayının 9-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçiriləcək Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş hərbi paradda və bayram tədbirlərində iştirak edəcək”, A. Qasımov APA agentliyinə deyib.

Xatırladaq ki, Moskvada keçiriləcək hərbi paradda və bayram təntənələrində Avropa ölkələrinin əksər liderləri iştitak etməyəcəyini bəyan edib. Buna səbəb kimi Ukrayna böhranı və Krımın ilhaqı göstərilir. Hətta Rusiya ilə eyni ittifaqda olan Belorus prezidenti Moskvada bayram tədbirlərində iştirak etməycəyini bildirib.

Eyni zamanda, Rusiya prezidenti Vladimir Putinin aprelin 24-də Ermənitsanda anım mərasiminə qatılacağını bəyan etməsi Azərbaycanda tənqidlərlə qarşılanıb. Çoxsaylı insanlar sosial şəbəkələrdə Azərbaycan hökumətindən Vıadimir Putinin Yerevana səfərinə etiraz bildirməsi tələb edilir.

Bununla yanaşı, Moskvada qələbə təntənələri keçirilən günlərdə, 1992-cü il mayın 8-9-da Dağlıq Qarabağda Azərbaycanın tarixi şəhəri Şuşa ermənilərin nəzarətinə keçib. Həmin günləri Azərbaycanda geniş ictimaiyyət “Şuşanın işğalı” günü kimi qeyd edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG