Accessibility links

AŞPA komitəsi Rəsul Cəfərova qarşı hökmdən şoka düşüb


Rəsul Cəfərov
Rəsul Cəfərov

Bu barədə komitənin bəyanatında deyilir

Avropa Şurası Parlament Assambleyası (AŞPA) hüquqi məsələlər və insan hüquqları Komitəsi ötən həftə Azərbaycanın hüquq müdafiəçisi Rəsul Cəfərovun barəsində çıxarılan hökmü pisləyib və 6,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasından şoka düşdüyünü bildirib.

“Cənab Cəfərov Avropa Şurasında yaxşı tanınır və Assambleyanın sessiyaları çərçivəsində təşkil olunan əlavə tədbirlərdə iştirak edib”, - komitənin bəyanatında deyilir.

O, İnsan Hüquqları Klubunun təsisçisi və rəhbəri, Bakıda keçirilən “Eurovision 2012” mahnı müsabiqəsi ərəfəsində“Sing for democracy” (“Demokratiya naminə oxu!”), bu ilin iyununda Bakıda keçiriləcək Avropa Oyunları ilə əlaqədar “İnsan üçün idman” layihələrinin koordinatoru olub.

R.Cəfərov vergi ödəməkdən yayınmaq, vəzifə səlahiyyətindən sui-istifadə, qanunsuz sahibkarlıq kimi ittihamlarla həbs olunub. Beynəlxaq müşahidəçilər bildiriblər ki, məhkəmə çəkişməsi zamanı çoxsaylı prosessual pozuntulara yol verilib, o cümlədən müdafiə hüququ pozulub.

“Komitə hesab edir ki, R.Cəfərovun barəsində hökm ona qarşı irəli sürülən ittihamla uyğun deyil. R.Cəfərova qarşı cinayət təqibi daha çox onun hüquq-müdafiə fəaliyyətinə və beynəlxalq təşkilatlarla əməkdaşlığına görə siyasi repressiyaya bənzəyir. Komitə qeyd edir ki, məhkəməin qərarı yekun sayıla bilməz və ondan şikayət edilməsi mümkündür”.

Həmçinin xatırladılır ki, R.Cəfərovun həbsilə bağlı şikayətə Avropa İnsan Hüquqları Məhkəməsində baxılır. Avropa Şurası insan hüquqları komissarı öz hüququndan istifadə edərək üçüncü tərəf kimi bu prosesə müdaxilə edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG