Accessibility links

Məhkəmə Yadigar Sadıqovu vaxtından əvvəl azad etməkdən imtina edib


Yadigar Sadıqov
Yadigar Sadıqov

Hüquq müdafiə təşkilatları onu siyasi məhbus sayır

Qaradağ rayon Məhkəməsi Müsavat Partiyasının sədr müavini Yadigar Sadıqovu cəza müddətinin yarısını çəkməsi ilə bağlı vaxtından əvvəl şərti azadlığa buraxmaqdan imtina edib.

Bu barədə Siyasi Məhbusların Müdafiə Komitəsi məlumat yayıb.

Məhkəmə cəzaçəkmə rəhbərliyinin təqdim etdiyi mənfi xasiyyətnaməyə görə Y.Sadıqovun xahişini təmin etməyib.

Həmin xasiyyətnamədə deyilir ki, «Yadigar Sadıqov peşmançılıq hissi keçirmir, əməyə meylli deyil, səhərdən axşama kimi kitab oxuyur və islah olunmayıb».

2014-c ilin noyabrında da Yadigar Sadıqov bu səbəblərə görə cəzasının üçdə bir hissəsini çəkdiyindən vaxtından əvvəl azadlığa buraxılmamışdı.

Müdafiə tərəfi bu səbəbləri əsassız sayır.

Yadigar Sadıqov 2013-cü ilin iyununda xuliqanlıq ittihamı ilə 6 il azadlıqdan məhrum edilib. Sonradan Apellyasiya Məhkəməsi həbs müddətini 4 ilə, Ali Məhkəmə isə 3 il yarıma endirib.

Hüquq müdafiə təşkilatları onu siyasi məhbus sayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG