Accessibility links

İntiqam Əliyev 7 il 6 ay azadlıqdan məhrum edildi [Video]


Amnesty İnternational İ.Əliyevi “vicdan məhbusu” kimi tanıyıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevə hökm oxunub.

Məhkəmənin hökmü ilə İntiqam Əliyev 7 il 6 ay azadlıqdan məhrum edilib.

Hökmdə İntiqam Əliyevin qaçqın və məcburi köçkünklərin hüquqlarının müdafiəsi, onların geri torpaqlarına qayılması üçün iş görmədiyi yer alıb. "İntiqam Əliyev aldığı qrantları qaçqın və məcburi kömkünlərə yönəlməyib", hakim hökmdə qeyd edib.

Bu məhkəmə zalında gülüş doğurub. Bu zaman hakim Rasim Sadıqovun, "hər kəs bu xalqnandırsa zalda sakit dursun", deməsi zalda əks reaksiya doğurub.

Vəkillər hökmüe hüquqdan uzaq, qərəzli, sifarişli adlandırıb,

"Hökmdə İntiqam Əliyevin qaçqın və məcburi köçkünlərlə bağlı iş görməməsi, qrantları bu istiqamətə yönəltməməsi barədə yazılması birbaşa sifarişdən xəbər verir. Bu ifadələr apellyasiya şikayəti verilmədən belə Avropa İnsan Haqları Məhkəməsinə şikayət etmək üçün əsas yaradır. İntiqam Əliyev qaçqın və məcburu köçkünlərin hüquqlarını müxtəlif məhkəmə instansiyalarında, o cümlədən Avropa Məhkməsində müdafiə edib. O köçkünlərlə bağlı layihələr həyaya keçirib", vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib.

Vəkil hökmdən apellyasiya şikayəti veriləcəyini bildirib.

İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. O, vergidən yayınmada, vəzifə səlahiyyətindən sui-istifadədə və qanunsuz sahibkarlıqda ittiham olunub. Sonradan ona qarşı mənimsəmə və vəzifə saxtakarlığı üzrə ittihamlar da irəli sürülüb. İ.Əliyev bütün ittihamları rədd edərək onları siyasi motivli sayır.

Amnesty İnternational İ.Əliyevi “vicdan məhbusu” kimi tanıyıb.

XS
SM
MD
LG