Accessibility links

Elmar Mәmmәdyarov Parisdə ATӘT-in Minsk Qrupunun həmsədrləri ilə görüşәcәk


 Elmar Məmmədyarov və Didier Reynders

Elmar Məmmədyarov və Didier Reynders

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 30-da Parisdə ATӘT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək. O bu barədə aprelin 28-də Belçikanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Didier Reynderslə görüşdən sonra keçirilən mətbuat konfransənda bildirib.

"Vaxt yetişib münaqişəınin nizamlanmasında irəliləyiş olmalıdır", Məmmədyarov qeyd edib.

Elmar Məmmədyarov

Elmar Məmmədyarov

"Əvvəl deyirdilər aprel var. İnid aprel ayı da başa çatdı. Biz danışmışdıq ki, aprel ayı başa çatsın, sonra oturaq münaqişənin nizamlanmasında irəliləyişə nail olmaq barədə fikirləşək. Rusiya xarici işlər naziri Sergey Lavrov da, Fransa da , Amerika da münaqişənin yerindən tərpətmək üçün çalışacaqlarını bildirib. Belçika xarici işlər naziri də münaqişədə irəliləyişin olmasında kömək edəcəyini bildirib", Məmmədyarov qeyd edib.

Belçika xarici işlər naziri bildirib ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini istəyir.

"Biz Dağlıq Qarabağdakı işğal məsələsini müzakirə etdik. Münaqişə sülh yolu ilə, Minsk Qrupu çərçivəsində və bütün tərəflərin razılığı ilə həll edilməlidir. Öz müqəddəratını təyin etmə nə vaxtsa gələcəkdə, amma bütün tərəflərin razılığı ilə və fikri nəzərə alınmaqla ola bilər”, deyə Reynders qeyd edib.

Elmar Məmmədyarov və Didier Reynders

Elmar Məmmədyarov və Didier Reynders

“Təmas xəttindəki vəziyyət bizi narahat edir və atəşkəs rejiminin qorunub saxlanması üçün səy göstərilməlidir. Bu mənada Belçika əlindən gələni etməyə və tərəflərə dəstək göstərməyə hazırdır”, o əlavə edib.

Nazir həmçinin münaqişə nəticəsində doğma yurdlarından qaçqın düşmüş insanlarla görüşməyi vacib sayır.

"Səfərlər zamanı gedib münsaqişə nəticəsində evindən didərgin düşmüş insanlara baş çəkmək, onların vəziyyətini öyrənib başa düşmək lazımdır. 1 milyon insan evindən didərgin düşüb", Didier Reynders qeyd edib.

Həmsədrlər aprelin 29-da Parisdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla da görüşəcək.

XS
SM
MD
LG