Accessibility links

Dövlət ittihamçısı Arsen Bağdasaryana 18 il həbs istəyib


Arsen Bağdasaryan

Arsen Bağdasaryan

Onun məhkəməsi Gəncə Ağır Cinayətlər Məhkəməsində gedir

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə erməni hərbçisi Arsen Bağdasaryanın işi üzrə növbəsi proses keçirilib. O 2014-cü il dekabrın 26-da cəbhənin Ağdam istiqamətində təmas xəttini keçib.

Kəpəz TV-nin məlumatına görə, dövlət ittihamçısı A.Bağdasaryanın cəzasını ciddi rejimli koloniyada çəkməklə 18 il azadlıqdan məhrum edilməsini istəyib.

Müttəhimin vəkili Ramiz Abdullayev öz çıxışını hazırlamaq üçün məhkəmədən vaxt istəyib.

Növbəti məhkəmə iclası mayın 4-də saat 17:30-da olacaq.

Arsen Bağdasaryan 2014-cü il dekabrın 26-da həbs olunub və təxribat qrupunun üzvü elan edilib. Ona qarşı bir neçə ittiham irəli sürülüb: qəsdən qətl törətməyə hazırlıq, təxribat törətmək və s.

Əvvəlki məhkəmə iclaslarında o, irəli sürülən ittihamları rədd etməyib.

Erməni tərəfi bildirib ki, A.Bağdasaryan fəraridir və Azərbaycan tərəfinə könüllü keçib.

XS
SM
MD
LG