Accessibility links

Fərəc Kərimli 6,5 il müddətinə azadlıqdan məhrum edilib


Müsavat partiyasının gənc fəalı Fərəc Kərimov

Müsavat partiyasının gənc fəalı Fərəc Kərimov

Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Fərəc və Sirac Kərimlini “vicdan məhbusu” elan edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının sədr müavini Fərəc Kərimli barəsində hökm oxunub.

Məhkəmə onu CM-in 234.4.3-cü maddəsi (böyük ölçüdə narkotik maddənin qanunsuz dövriyyəsi) ilə təqsirli bilib və 6,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

F.Kərimli son sözdən imtina edib, qanunların tapdandığı məhkəmədə buna ehtiyac görmədiyini deyib.

Bir müddət əvvəl prokuror F.Kərimlinin 7,5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

* Sirac və Fərəc Kərimli qardaşları 2014-cü il iyulun 17 və 23-də narkotik saxlamaq ittihamı ilə həbs edilib.

18 avqust 2014-cü ildə Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Fərəc və Sirac Kərimlini “vicdan məhbusu” elan edib.

Martın 12-də məhkəmə Sirac Kərimlini 6 il müddətinə azadlıqdan məhrum edib.

XS
SM
MD
LG