Accessibility links

HRW Bakıda Avropa Oyunlarının işıqlandırılması üçün təlimat hazırlayıb


human rights watch
human rights watch

Human Rights Watch Bakıda Avropa Oyunlarını işıqlandıracaq jurnalistlər üçün təlimatı dərc edib. Bu sənəddə əsas insan hüquqları problemləri, kəskin şəkildə pisləşən vəziyyət və Azərbaycan hökumətinin bütün bu əməllərinin Olimpiya Xartiyasına necə zidd olduğu əksini tapır.

“Hökumətin repressiyaları bu oyunları qeyri-düzgün edir və jurnalistlər bunu bilməlidirlər. Təlimatda hakimiyyətin fərqli düşüncənin boğulması üzrə misli görünməmiş kampaniyası təsvir edilib”, deyə Ceyn Byukenen bildirib.

“Bütün bunlar 35-dən çox jurnalist, hüquq müdafiəçisi və fəalların həbsxanaya düşməsinə, çoxlarının isə ölkəni tərk etmək məcburiyyətində qalmasına gətirib çıxarıb”, deyə o qeyd edib.

HRW hesab edir ki, KİV azadlığının məhdudlaşdırılması və yerli jurnalistlərin həbsi xarici mətbuatın Avropa Oyunlarını işıqlandırmaq qabiliyyətini və ölkədə ümumi vəziyyəti pisləşdirir.

“Bakı oyunları Olimpiya Xartiyasının himayəsi altında təşkil edilib. Bu xartiyada insan ləyaqətinə hörmət prinsipi və onun təşviqində idmanın rolu təsbit edilib. Hakimiyyətin siyasəti bu prinsipə ziddir”, deyə Byukenen bildirib.

Jurnalistlər üçün Avropa Oyunlarının işıqlandırılması üzrə Təlimatı aşağıdakı linkdə oxumaq olar:

http://www.hrw.org/news/2015/05/05/reporters-guide-covering-2015-european-games-baku-azerbaijan

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG