Accessibility links

Avropa Məhkəməsi Emin Hüseynovun şikayətini təmin edib


Emin Hüseynov

Emin Hüseynov

Məhkəmə onun işgəncəyə məruz qalmasını və azadlıq, toxunulmazlıq, birləşmək azadlığı hüququnun pozulduğunu tanıyıb

Avropa İnsan Hüquqları Məhkəməsi hazırda 2014-cü ilin avqustundan İsveçrənin Azərbaycandakı səfirliyinə sığınan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynovun şikayəti üzrə qərarını açıqlayıb.

Məhkəmə Emin Hüseynovun hüquqlarının pozulmasını (Avropa İnsan Hüquqları Konvernsiyasın- maddə 3 - işgəncələrin yasaqlanması, maddə 5.1 - azadlıq və toxunulmazlıq hüququ, maddə 11 - birləşmək azadlığı) tanıyıb.

Məhkəmənin qərarı ilə hökumət ərizəçiyə 15000, məhkəmə məsrəflərinə görə isə 5000 avro ödəməlidir.

Qeyd edək ki, Emin Hüseynovun şikayəti 2008-ci ilin iyununda Bakıda kafelərdən birində inqilabçı Çe Gevaranın 80 illiyi ilə bağlı tədbir zamanı 30-a yaxın polis əməkdaşının kafeyə hücumu və bundan sonra baş verən polis zorakılığı ilə bağlıdır.

Olay zamanı iştirakçılara, o cümlədən tədbirə jurnalist kimi qatılan Emin Hüseynova qarşı zor tətbiq edilib, ardınca o Nəsimi rayonu Polis İdarəsinin 22-ci Polis Bölməsinə aparılıb.

Bölmədə jurnalistə işgəncə verilib, durumu kəskinləşib və xəstəxanaya yerləşdirilib. Kəllə-beyin travması alan Emin Hüseynov dörd gün reanimasiya şöbəsində saxlanılib. Baş verənlərlə bağlı işi yerli hüquq mühafizə qurumları və yerli məhkəmələr araşdırmayıb.

Ötən ilin avqustunda isə Hüseynovun rəhbəri olduğu Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) prokurorluq axtarıç aparıb, avadanlıqlar, sənədlər görtürülüb, ofisin qapıları möhürlənib.

Azərbaycan Xarici İşlər Nazirliyinin 2015-ci ilin fevralında yaydığı açıqlamada deyilir ki, prokurorluq Emin Hüseynovun barəsində Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 213 (vergidən yayınma) və308-ci (sui-istifadə) maddələri ilə cinayət işi başlayıb. Bunun əsasında 2014-cü il avqustun 19-da məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib.

İstintaq müəyyən edib ki, E.Hüseynov ümumi məbləği 1.575.956 manat həcmində qeydiyyata alınmayan qrant müqavilələri üzrə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirib və 247.551 manat həcmində vergini ödəməyib. 2014-cü il iyulun 7-dən etibarən E.Hüseynov dəfələrlə ünvanına çağırış vərəqələri göndərilməklə istintaqa dəvət edilsə də qaçaraq İsveçrənin Azərbaycandakı səfirliyində gizlənib.

Avqustun 6-da Emin Hüseynovun ölkədən çıxışına qadağa qoyulub.

XS
SM
MD
LG