Accessibility links

Cəmil Həsənlinin İkinci Dünya Müharibəsində Azərbaycanın rolundan bəhs edən monoqrafiyası çapdan çıxıb


Cəmil Həsənli
Cəmil Həsənli

Monoqrafiya faşizmi üzərində qələbənin 70 illiyində nəşr edilib

Faşizm üzərində qələbənin və İkinci Dünya Müharibəsinin başa çatmasının 70 illiyi münasibəti ilə Milli Şuranın sədri, tarix elmləri doktoru Cəmil Həsənlinin “İkinci Dünya Müharibəsi illərində Azərbaycan hərbi, siyasi və diplomatik münasibətlərdə (1939-1945)” adlı monoqrafiyası nəşr edilib.

Kitabın elmi redaktoru Bakı Dövlət Universitetinin professoru İsmayıl Musa, rəyçisi isə tarix üzrə fəlsəfə doktoru Rövşən Hətəmovdur.

Oxuculara təqdim edilən bu kitab İkinci dünya müharibəsi illərində Azərbaycanın beynəlxalq siyasətdə yerini və rolunu əhatə edir.

Əsərdə 1939-1945-ci illərdə Azərbaycanın ətrafında cərəyan edən diplomatik mübarizə, Bakı neftinin dünya siyasətində rolu, SSRİ-nin İran siyasətində Sovet Azərbaycanının iştirakı, respublikanın regional siyasətdə yeri, Azərbaycan məsələsinin dövlətlərarası münasibətlərə gəlməsi, Avropadakı Azərbaycan mühacirətinin siyasi, hərbi və diplomatik addımları araşdırılıb. Müəllif Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, ABŞ, Fransa, Böyük Britaniya və digər ölkələrin nadir arxiv materiallarına əsasən 1939-1945-ci illər xronoloji çərçivəsində Azərbaycanın beynəlxalq siyasətdəki tarixinin maraqlı mənzərəsini yarada bilib.

Kitabda qeyd edilir ki, Almaniya ilə iqtisadi əməkdaşlıq çərçivəsində SSRİ-nin Bakı nefti hesabına Berlini yanacaqla təmin etmək təhlükəsinin güclənməsi müttəfiqlərin Qafqaza, ilk növbədə isə Sovet Azərbaycanına olan strateji maraqlarını daha da artırıb.

Ona görə də digər sovet respublikaları ilə müqayisədə Azərbaycan İkinci Dünya Müharibəsi dövrünün diplomatiyasına və vuruşan ölkələrin planlarına bir qədər tez daxil olub. Bakı neftinin dünya siyasətində alışdırıcı maddəyə çevrilməsi Sovet Azərbaycanını müharibənin ilk günlərindən etibarən dövlətlərarası müzakirələrə daxil edib.

Bu ilk növbədə, başlanmış hərbi əməliyyatlarda neftin rolunun artması və Bakı nefti haqqında hərbi blokların gizli planları ilə bağlı idi. 1939-1940-cı illərdə ingilis və fransızların Bakı neft mədənlərini bombardman etmək niyyətləri, 1942-ci ildə faşist Almaniyasının Bakını ələ keçirtmək cəhdləri bu planların tərkib hissəsi idi.

Əsərdə faşizm üzərində tarixi qələbədə və bütövlükdə İkinci Dünya müharibəsində Azərbaycanın iştirakı və respublikanın rolu tarixi mənbələr əsasında göstərilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG