Accessibility links

AXCP fəalı cəza kamerasına salınıb


AXCP fəalı cəza kamerasına salınıb

AXCP fəalı cəza kamerasına salınıb

Elvin Abdullayev narkotik ittihamı ilə həbsdədir. O, həbsini sifariş sayır

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin üzvü Elvin Abdullayev saxlandığı Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasının cərimə kamerasına salınıb.

Bu barədə Amerikanın Səsinə Abdullayevin anası Zülfiyyə Abdullayeva bildirib.

Anası buna mayın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində oğlunun hakimə arxa çevirməsinin səbəb olduğunu güman edir.

Belə ki, cinayət işi üzrə mayın 5-də keçirilən hazırlıq iclasında Elvin Abdullayev arxasını hakimə çevirməklə Azərbaycandakı məhkəmə sisteminin hüquq-mühafizə orqanlarının əlində oyuncağa çevrilməsi, hakimlərin günahsız adamları siyasi sifarişlə uzunmüddətli həbs cəzasına məhkum etməsnə etiraz etdiyini bildirib. Hakimlərin xəbərdarlıq etməsinə, hətta məhkəməni izləməyə gələnlərin zaldan çıxarılmasına baxmayaraq gənc fəal fikrindən daşınmayıb. Hakimlər vəİyyətdən çıxış kimi hazırlıq iclasını təxirə salıb.

AXCP fəalı Elvin Abdullayev Azərbaycan Pedoqoji Universitetinint tələbəsidir. O, universitetdə hakimiyyətin siyasətini tənqid etdikdən sonra prorektor tərəfindən xəbərdarlıq olunub. Bundan sonra, Abdullayev bu il yanvarın 8-də imtahandan əla qiymət alıb çıxarkən saxlanılıb. Ondan 3 qramdan çox heroin tapıldığı bildirlib və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Abdullayevə qarşı da CM-nin 234.4.3 (külli miqdarda narkotik) maddəsilə ittiham irəli sürülüb.

O, ittihamı qəbul etmir və sifariş hesab edir.

Anası Elvin Abdullayevin istintaq müddətində təzyiqlərə məruz qaldığını da bildirib. “Oğlum xəstədir. Uzun müddət müalicə kursu keçib. İndi isə onu və təmsil olunduğu partiyanın liderlərini həm cəzaçəkmə müəssisəsində, həm də istintaqda təhqir edirlər. Onu hər vasitə ilə hirsləndirməyə çalışırlar. Tez-tez kamerasını dəyişirlər, müxalifət qəzetləri vermirlər”, Zülfiyyə Abdullayeva qeyd edib.

Ananın mayın 8-də oğluna apardığı ərzağı Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında qəbul etməyiblər.

“Ərzağı qəbul etmədilər və bildirdilər ki, oğlum mayın 7-dən cərimə kamerasına salınıb. Onun mayın 15-də cərimə kamerasından çıxacağını və həmin gün ərzaq qəbul ediləcəyini dedilər. Amma oğlumun hansı səbəbdən cəza kamerasına salındığını demədilər”, o bildirib.

Vəkil Əli Mehdiyev də Amerikanın Səsinə Abdullayevin hansı səbəbdən cəza kamerasına salındığı barədə məlumasızdır.

“Mənə də Zülfiyyə xanım bu barədə məlumat verib. İstirahət günündən sonra onunla görüşməyə çalışacam və cəza kamerasına salınmasının səbəblərini öyrənəcəm”, o qeyd edib.

Vəkil Bakı Ağır Cinayətlər Məhkəməsinin mayın 7-də Elvin Abdullayev barəsində həbs qətimkan tədbirinin məhkəmə müddətində dəyişdirilməməsi barədə qərar qəbul etdiyini də bildirib.

Növbəti məhkəmə iclası mayın 14-də olacaq.

XS
SM
MD
LG