Accessibility links

Ruslan İzzətli: Siyasi meydan gəncləşsə, həyat dinamikləşəcək [Video-müsahibə]


Ruslan İzzətli: Siyasi meydan gəncləşsə, həyat dinamikləşəcək
please wait

No media source currently available

0:00 0:05:21 0:00

D-18 Hərəkatının rəhbərinin Amerikanın Səsinə müsahibəsi

D-18 Hərəkatının rəhbəri Ruslan İzzətli Amerikanın Səsinə müsahibəsində gənclərin problemləri, parlamentdə, bələdiyyələrdə gənclərin təmsilçiliyi, gənclərlə bağlı dövlət proqramlarından danışıb.

Amerikanın Səsi: Azərbaycanda gənclərlə bağlı dövlət proqramları qəbul edilib. Bu proqramlar problemlərin həllinə kömək edibmi?

Düşünün, ayda 500-600 manat tələb olunan bir gənc Azərbaycanda ipoteka ilə hansı evi ala bilər. Azərbaycanda minimum əmək haqqı 95 manat, orta əmək haqqı 250 manatdır.

Ruslan İzzətli: Hakimiyyətin qəbul etdiyi proqramların heç biri gənclərin nə xaricdə oxumasına dəstək oldu, nə də gənclərin işsizlik problemlərinin qarşısını aldı. Öncə gənclərin əsas problemi olan evsizlik probleminə diqqət ayırılmalıdır. Qəbul edilən əsas poqramlardan biri budur, “İpoteka haqqında”. Düşünün, ayda 500-600 manat tələb olunan bir gənc Azərbaycanda ipoteka ilə hansı evi ala bilər. Azərbaycanda minimum əmək haqqı 95 manat, orta əmək haqqı 250 manatdır. Bu gün gənclərin həm də kifayət qədər işsizlik problemi varsa, hakimiyyətin qəbul etdiyi qanunlar, xüsusilə də “İpoteka haqqında” qəbul etdiyi qanun kağız üzərində qalmasından başqa bir şey deyil. İkincisi, hakimiyyət gənclərin xaricdə təhsil alması üçün proqram qəbul edib. O proqrama baxsaq, kifayət qədər az gənc xaricə oxumağa göndərilir və çox təəssüf ki, xaricə təhsilə göndəriləndə də yandaşlıq, fikirdaşlıq əsas amil kimi götürülür. Əgər sən hansısa bir partiyanın üzvüsənsə, müxalifsənsə, siyasi proseslərdə aktivsənsə, təəssüflər olsun ki, o proqramdan yararlana bilmirsən.

Amerikanın Səsi: Siz xaricdə təhsildən danışdınız. Gənclərin ölkədə təhsil problemi necədir?

20 ildir iqtidarda olan bir hakimiyyət əgər, peşəkar bir hüquqşünas tapa bilmirsə, deməli 20 ildə təhsili bərbad bir duruma salıblar və bu da onların bir etirafıdır.

Ruslan İzzətli: Azərbaycanda bütün sahələrdə olduğu kimi təhsil sahəsində də rüşvətxorluq baş alıb gedir. Azərbaycanın universitetləri reytinqinə görə regionda ən aşağı universitetlərdən biridir. Məsələn, Bakı Dövlət Universitetinə baxsanız, Tbilisi Dövlət Universiteti, hətta Yerevan Universitetindən də geridə qalır. Həm infrastruktur cəhətdən, həm tələbələrə keyfiyyətli təhsil verilməsi cəhətdən Azərbaycanın dövlət universitetləri Azərbaycan tələbəsinin yüksək təhsil alması və peşəkar bir kadr olmasının qarşısını alır. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev açıqlamalrının birində demişdir ki, biz çox təəssüf ki, peşəkar bir hüquqşünas tapa bilmirik. 20 ildir iqtidarda olan bir hakimiyyət əgər, peşəkar bir hüquqşünas tapa bilmirsə, deməli 20 ildə təhsili bərbad bir duruma salıblar və bu da onların bir etirafıdır.

Amerikanın Səsi: Gənclərin dövlət vəzifələrinə irəli çəkilməsində son illərdə bir irəliləyiş baş veribmi?

1993-cü ildən indiyədək baxsanız Azərbaycanın Nazirlər Kabineti bir növ ağsaqqallar şurasına bənzəyir.

Ruslan İzzətli: 1993-cü ildən indiyədək baxsanız Azərbaycanın Nazirlər Kabineti bir növ ağsaqqallar şurasına bənzəyir. Orada 50 yaşın üzərində nazirlər görə bilərsiniz. Orada bir-iki nazir 39 və ya 40 yaşındadır. Yeni təyin olunan təhsil nazirini ilk gənc siyahıya salmaq olar. Amma, o da nə qədər gəncdir sual altındadır. Diqqət edin gənclər və idman naziri var, onun 50-dən çox yaşı var. Hakimiyyət gənclər və idman nazirini belə gənclərdən təyin etməyin bir qısqanclığını və eqosunu yaşayır. Prezident Fondundan hər il gənclərin asudə vaxtının keçirilıməsi üçün səhv etmirəmsə 5 milyon pul ayrılır. 50 yaşlı bir insan gənclərin asudə vaxtının keçirilməsini necə düşünə bilər? Bir sözlə Nazirlər Kabineti, eyni ilə də gənclər və idman nazirliyi bir növ ağsaqqıallardan ibarətdir. İkinci, hər parlament seçkilərində hakim partiyaının verdiyi siyahıya diqqət etsəniz, orada da gənclərin nə qədər az təmsil olunduğunu görərsiniz. Parlamentdə də gənclərin kifayət qədər az olduğu hiss olunur.

Amerikanın Səsi: Gənclərin seçkilərdə iştirakı, parlamentdə, bələdiyyələrdə təmsilçiliyi necədir?

Bu yeni nəslin irəli çıxmasının, parlamentin və digər qurumların gəncləşməsinin qarçısını alır. Həm müxalifət, həm iqtidar bu yanılışlığın qarşısını almalıdır.

Ruslan İzzətli: Qanunvericilik orqanına hər bir partiyanın (həm iqtidar, həm müxalifət partiyaları) 2005-2010-cu il seçkilərində verdikləri namizədlərin siyahısına baxsaq gənclər kifayət qədər azlıq təşkil edir. Xanımlar da kifayət qədər azdır. Bu isə istər bələdiyyə, istərsə də parlament seçkilərində gənclərin çox az təmsilçiliyinə gətirib çıxarır. Həm iqtidar, həm müxalifət partiyaları gənclər siyasətində ancaq gənclərin gənclər təşkilatında təmsil olunmasına qədər baxırlar. Ondan o yana bir addım atmırlar. Məsələn, elə bir siyasi partiya tapa bilməzsiniz ki, onun gənclər üzrə müavinindən başqa bir müavini gənc olsun.

Bu yeni nəslin irəli çıxmasının, parlamentin və digər qurumların gəncləşməsinin qarşısını alır. Həm müxalifət, həm iqtidar bu yanılışlığın qarşısını almalıdır. Gənclərimiz isə basqılardan qorxmayaraq, cəsarət ortaya qoyaraq bu prosesə qatılmalıdırlar. Siyasi meydanda siyasi qütblərin dəyişməsinə çalışmalıdırlar. Siyasi meydan və digər sahələr gəncləşəcəksə, daha da dinamikləşəcək, daha da keyfiyyətli olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG