Accessibility links

İlqar Məmmədov karserdən buraxılıb


ReAL Hərəkatının lideri İlqar Məmmədov

ReAL Hərəkatının lideri İlqar Məmmədov

Bu barədə vəkil Fuad Ağayev özünün Facebook səhifəsində yazıb

Mayın 14-də saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsində cəza kamerasına - karserə salınmış REAL hərəkatının lideri İlqar Məmmədov vaxtından əvvəl oradan buraxılıb.

Bu barədə vəkil Fuad Ağayev özünün Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, bu gün İ.Məmmədovla telefonla danışıb.

Mayıb 14-də saat 16:30-da adbaad yoxlamadan bir qədər əvvəl İ.Məmmədovun kamerasına cəzaçəkmə müəssisəsinin beş əməkdaşı gələrək axtarış aparacaqlarını bildiriblər.

Nəticədə qanunauyğun olmayan heç nə tapılmayıb.

Bundan sonra İ.Məmmədov koloniyanın rəis müavini Emil Həsənovun yanına çağırılıb və ona bildirilib ki, guya axtarış keçirənlərə mane olub. Buna görə 7 günlüyə karserdə saxlanılacaq.

İ.Məmmədov bunun yalan olduğunu bildirib, yazılı qaydada qərara qəti etiraz edib.

Mayın 15-də F.Ağayev İ.Məmmədovun yanına buraxılmayıb.

Həmin gün Ombudsman aparatının əməkdaşı İ.Məmmədovla görüşüb, baş verənlər haqqında ətraflı məlumat alıb.

Bu gün səhər İ.Məmmədov karserdən müəssisə rəisinin yanına aparılıb, daha sonra tibbi müayinədən keçib. Bundan sonra ümumi kameraya qaytarılıb, vəkil bildirib.

*2014-cü il martın 17-də İlqar Məmmədov 23-24 yanvar 2013-cü il İsmayıllı iğtişaşlarına görə 7 il azadlıqdan məhrum edilib.

2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi İ.Məmmədovun həbsini qanunsuz sayıb. Avropa məhkəməsinin qərarı ilə Azərbaycan hökuməti İ.Məmmədova 22 min avro həcmində kompensasiya verməlidir.

2014-cü ilin iyununda Şəki Apellyasiya Məhkəməsi Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Amnesty İnternational İlqar Məmmədovu “vicdan məhbusu” kimi tanıyıb.

XS
SM
MD
LG