Accessibility links

Polisi öldürən radikal dini dəstə üzvlərinə hökm oxunub


Polisi öldürən radikal dini dəstə üzvlərinə hökm oxunub

Polisi öldürən radikal dini dəstə üzvlərinə hökm oxunub

Onlar 9 ildən 14 ilədək azadlıqdan məhrum edilib

Mayın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində polis əməkdaşlarına silahlı basqın etməkdə təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər agentliyinin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, 6 nəfər 14 il, 1 nəfər 13 il, 1 nəfər 12 il, bir nəfər isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq zamanı məlum olub ki, Radif Ağamuradov Qusarda vəhhabi təriqətinə aid olan şəxslərdən “Ömər” ləqəbli Faiq Şahmuradov, “Əbu Hənifə” ləqəbli Ramiz Rəhimxanov, “Seyfullah” ləqəbli Edik Rüstəmov və digərləri ilə mütəşəkkil dəstə yaradıblar. Onlar valyutadəyişmə məntəqələrində və digər biznes sahələrində işləməyin və gəlir götürməyin haram olduğunu bildiriblər. Belə fəaliyyətlə məşğul olan şəxslərə basqın edib külli miqdarda pul əldə etmək qərarına gəliblər. Bu məqsədlə 2013-cü ilin yanvar-fevral aylarında Dağıstandan istintaqa məlum olmayan mənbədən silah-sursat alaraq Azərbaycana gətiriblər. Həmin silahla silahlanaraq oktyabrın 16-da Sadir Mustafayev adlı şəxsə hücum edib, ondan külli miqdarda pul götürüblər. Həmin cinayət işi ilə əlaqədar Edik Rüstəmov polislər tərəfindən saxlanılıb.

O, oğurladıqları pulu qaytarmaq adı ilə polis əməkdaşlarını aldadaraq meşəyə gətirib. Orada polis əməkdaşları ilə dəstə üzvləri arasında atışma baş verib. Həmin atışmada dəstə üzvləri polis əməkdaşı Qalib Quliyevi öldürüblər. Digər polislər Mövlud Əliyev, Cəmil Nəsirov, Məhəmməd İbrahimova isə ağır bədən xəsarətləri yetiriblər. Həmin atışma zamanı dəstə üzvlərindən Edik Rüstəmov, Faiq Şahmuradov və Ramiz Rəhimxanov öldürülüb. Digərləri isə həbs edilib.

Qeyd edək ki, dəstə üzvləri - Radif Ağamuradov, Cavad Məhərrəmov, Murad İsayev, Elxan İsrafilov, Elnur Musayev, Bağır Ağayev, Şamil Manafov, Tərlan Salmanov, Osman Mustafayevdən “Makarov” və “Naqan” tipli 2 tapança, tapança üçün səsboğucu, 35 ədəd patron, 1 ədəd qumbara, 1 ədəd ov bıçağı və çöl şəraitində istifadə edilən xeyli məişət əşyaları aşkar edilərək götürülüb.

Onlar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin müxtəlif bəndləri, 177-ci (oğurluq) maddəsinin müxtəlif bəndləri, 29, 120-ci (qəsdən adam öldürməyə) cəhd maddəsinin müxtəlif bəndləri, 228-ci (qanunsuz olaraq odlu silah saxlama), 217-ci (banditizim) maddəsinə və digər maddələrə əsasən ittiham olunurlar.

XS
SM
MD
LG