Accessibility links

İlham Əliyev ATƏT-in Bakıdakı layihə əlaqələndiricisini qəbul edib


 İlham Əliyev Aleksis Şahtaxtinskini qəbul edib

İlham Əliyev Aleksis Şahtaxtinskini qəbul edib

Aleksis Şahtaxtinskinin mandatının uzadılmaması müzakirələrə yol açıb

Prezident İlham Əliyev iyunun 3-də ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

İ.Əliyev Aleksis Şahtaxtinskinin Azərbaycan-ATƏT əməkdaşlığının inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib, ötən dövr ərzində həyata keçirilən layihələrin yaxşı nəticələr verdiyini vurğulayaraq ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski fəaliyyəti dövründə təmsil etdiyi qurum ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı və eləcə də ölkənin rifahı naminə səylərini əsirgəmədiyini vurğulayıb.

Bir müddət əvvəl Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter hesabında yazıb ki, cənab Şahtaxtinskinin fəaliyyət mandatının "dayandırılmasının" əsas səbəbini "diplomatik dairələrdə ... ABŞ-ın ATƏT-dəki səfirinin mövqeyi ilə izah edirlər".

Öz növbəsində ATƏT-in Vyanadakı ofisi bildirib ki, Aleksis Şahtaxtinskinin vəzifədən getməsi onun müqaviləsinin uzadılmaması ilə bağlıdır.

XS
SM
MD
LG