Accessibility links

Araz Aslanlı: Türkiyə qonşuları üçün nümunə rolunu davam etdirir [Video]


Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı Amerikanın Səsinə müsahibəsində Türkiyədə keçirilən paralament seçkiləri, bu seçkilərin regioanal təsirlərindən danışıb.

Amerikanın Səsi: Türkiyədə keçirilən parlament seçkilərinin region üçün əsas dərsləri nədir?

Araz Aslanlı: Türkiyə öz demokratiyası ilə bütovlükdə qonşuları üçün artıq 10 illərdir ki, nümunəvi bir dövlətdir. Bunu son proses bir daha sübut etdi. İstər seçki kampaniyası, namizədlərin bu kampaniyada iştirakı, istərsə də seçkilərin nəticələri bir daha sübut etdi ki, Türkiyə nümunəvi rolunu davam etdirir, baxmayaraq ki, geridə qalan mərhələdə Türkiyəyə də daxili siyasət baxımından müəyyən tənqidlər var idi.

Amma, bütövlükdə bu kampaniya və bunun nəticələri sübut etdi ki, Türkiyə qonşuları üçün nümunə rolunu davam etdirir, bu seçki prosesi və onun nəticələri həm də onu sübut etdi ki, cəmiyyətdə demokratiyaya, siyasi sistemin işləyişinə inam yüksk olanda bu, həm də siyasi iştirakçılara təsir edir. Cəmiyyətin seçkilərdə iştirak faizi də yüksək olur.

Amerikanın Səsi: Kürd tərəfdarı Xalqların Demokrat Partiyası ilk dəfə olaraq parlamentə daxil olmaq üçün lazım olan 10 faizdən çox səs toplayıb. Türkiyədə yaşayan ermənilər də seçkilərin demokratikliyini alqışlayıb. Belə seçki münaqişələrlə müşahidə edilən Cənubi Qafqaz regionu üçün nümunə ola bilərmi?

Araz Aslanlı: Sizin qeyd etdiyiniz məqamlar Türkiyədə son illərdə gedən daxili ictimai siyasi proseslərin nəticəsi idi. Həm Xalqların Demokratik Partiyasının 10 faiz səddi keçərək parlamentə daxil olmağı, həm ermənilərlə bağlı qeyd olunan məqam.

Hər iki məqam ondan ibarətdir ki, son illərdə kürd siyasi qüvvələr fərqli siyasi partiyalardan dəstəyini çəkərək vahid bir partiyada özlərini nümayiş elətdirdilər. Çünki bu Xalqların Demokratik Partiyası əslində tək partiya deyil, bir neçə partiyanın bir araya gəlməsindən yaranıb. Hətta qurucusu 6 siyasi partiyadır. Bu son prosesdə isə o 6 siyasi partiyadan əlavə qüvvələr də dəstək vermişdir.

Digər tərəfdən çox uzun illərdən sonra müsəlman olmayan azlıq Türkiyə parlamentində təmsil olunma şansı əldə elədi. Demək 3 partiyanın seçilə biləcək yerlərə qoyduğu namizədlər 3 erməni namizəd seçkidə qələbə qazandı və parlamentə daxil oldu.

Bu baxımdan da Türkiyədə erməni cəmiyyətinin seçkilərə belə müsbət fikir bildirməsi gözlənilən idi. Amma istər bu prizmadan, istər iştirakçılıq baxımından qiymətləndirsək ümumilikdə region üçün nümunəvi idi.

Amma sadəcə azlıqlar baxımından qiymətləndirsək əslində keçmiş Sovet respublikalarında, Türkiyənin qonuşusu olan digər dövlətlərdə azlıqlar parlamentdə onsuz da təmsil olunurlar. O, baxımından nümunəvi hesab etmirik, amma demokratik baxımından nümunəvi hesab etmək olar.

Amerikanın Səsi: Türkiyədə son 12 ildə iqtidarda olan Ədalət və İnkişaf Partiyası təkbaşına hökumət qura bilməyəcək. Bu Türkiyənin və regionun siyasi tablosuna hansı təsirləri göstərəcək?

Araz Aslanlı: Bu mütləq Türkiyənin qonşuluğundakı dövlətlərdə həm daxili, həm xarici siyasi baxımından hiss elətdirəcək. Daxili və xarici siyasət baxımından deyəndə, mən İraq və Suriya daxilində gedən proseslər baxımından daha çox nəzərdə tuturam.

Amma, ümumilikdə biz bilirik ki, hakim Ədalət və İnşkiaf Partiyasına qədərki mərhələdə Türkiyənin xarici siyasəti daha sabit kurs idi və “yurdda sülh, cihanda sülh” prinsipindən hərəkət edən kurs idi. Burada çalışırdılar ki, mümkün qədər başqa dövlətlərin daxili işlərinə qarışmasınlar, hansısa bir dövlətin daxilində bir münaqişə varsa ora çox müdaxilə etməsinlər.

Amma bilrik ki, Ədalət və İnkişaf Partiyasının dövründə həm Türkiyənin xarici siyasətində fəallıq müşahidə olunub, həm də bu fəallıq xüsusən İraq və Suriyada müəyyən qrupların dəstəklənməsi şəklində özünü göstərir.

Aydındır ki, bundan sonrakı mərhələdə Ədalət və İnşkiaf Partiyasının iştirakı ilə koalisyon hökumət qurulsun, istər ondan kənarda bir hökumət qurulsun. Hər iki varinatda Türkiyənin xarici siyasəti hazırki xarici siyasətdən fərqli olacaq. Yəni qonşu dövlətlərdəki o, proseslərə müdaxilə, xüsusən nəzərdə tuturam Suriya və İraq daxilindəki proseslərə müdaxilə xarakter etibarilə də dəyişikliyə məruz qalacaq, fəallıq baxımından da dəyişikliyə məruz qalacaq.

Daxili siyasətdə artıq uzun fasilədən sonra Türkiyə koalisyon hökumətlər mərhələsi yaşamağa başlayacaq. Yüksək ehtimal ki, hal hazırda o görünür ki, bu koalisiya hakim Ədalət və İnkişaf Partiyası ilə birgə koalisiya olacaq.

Amma, zəif ehtimal da olsa, bu variant da mümkündür ki, hakim partiyanın iştirakı olmadan da koalisyon hökuməti yaradılsın.

Sadəcə burada problem odur ki, CHP-nin iştirakı ilə koalisiya yarana bilir. Amma MHP və HDP-nin eyni vaxtda bir koalisiya hökumətində olma ehtimalı zəifdir.

Burada bir variant da ola bilər ki, bu partiyalardan biri kənarda qalıb, digər ikisinin iştirakı ilə olan koalisiya kənardan dəstək versin. Bu da uzunmüddətli koalisiya olmaz. Üçüncü variant da odur ki, yenə uzun fasilədən sonra Türkiyədə yenə növbədənkənar parlament seçkiləri keçirilsin.

Amerikanın Səsi: Bu seçkilərin Türkiyədə parlament demokratiyasının inkişafına hansı təsirləri olacaq?

Araz Aslanlı: Türkiyədə uzun müddətdir ki, sabit parlament demokratiyasi mövcud idi. 70-ci illərdə bunun işləməsi ilə bağlı bir problem yaranmışdı. O da hərbi çevrilişlə nəticələnmişdi. 80-90-cı illərdə bu əsasən sabit bir xətlə davam edirdi, demokratik parlament işləyişi. Amma son dövrlərdə prezident üsul-idarəsinə keçişlə bağlı fikirlər var idi. Parlament demokratiyasının işləyişi ilə bağlı müəyyən suallar yaranmışdı. Bu seçkilərin nəticələri göstərir ki, həmin o proses də dayanacaq. Parlament demokratiyası artıq prezident üsul-idarəsinə keçməyəcək, parlament demokratiyası öz inkişaf xəttni götürəcək. Əgər təbii ki, hazırkı nəticələrlə siyasi sistem işləməyə davam etsə.Yəni tez bir zamanda növbədənkənar seçkilər keçirilməsə.

XS
SM
MD
LG