Accessibility links

Meydan TV-nin əməkdaşlarının Azərbaycandan çıxışına qadağa qoyulub


Meydan TV-nin əməkdaşları (Foto Emin Millinin facebook səhifəsindən götürülüb)

Meydan TV-nin əməkdaşları (Foto Emin Millinin facebook səhifəsindən götürülüb)

«Avropa Oyunları bitər-bitməz Meydan TV-yə qarşı repressiya başlayıb».

Bunu Meydan TV-nin icraçı direktoru Emin Milli öz «facebook» səhifəsində yazıb. O bildirir ki, Meydan TV-nin əməkdaşlarına Azərbaycanın sərhədini keçməyə icazə verilməyib:

«Meydan TV-nin bir neçə jurnalisti bu gün (iyunun 30-u) Tbilsiyə getmək məqsədilə sərhədi keçmək istəyiblər, amma onlara icazə verilməyib. Onlara bildirilib ki, ölkəni tərk etmələrinə rəsmi qadağa var. Əvvəlki olaylardan çıxış edərək düşünürük ki, hazırda Meydan TV-yə qarşı cinayət işi açılıb və istintaq gedir. Hökumət Meydan TV-yə qarşı repressiyaya Avropa Oyunlarının rəsmi bağlanış mərasimindən cəmi bir gün sonra başlayıb. Bir neçə gün öncə Əliyev hakimiyyəti şəxsən məni hədələyib, indi də jurnalistlərin ölkədən çıxmasına qadağa qoyulub».

Meydan TV müstəqil onlayn televiziyasıdır, 2013-cü ildən fəaliyyət göstərir.

Televiziyanın məqsədi Azərbaycanda və ölkədən kənarda yaşayan vətəndaşlar, həmçinin Azərbaycanda baş verənləri öyrənmək istəyən bütün insanlar üçün informasiya və əyləncə xarakterli alternativ verilişlər hazırlamaqdır.

XS
SM
MD
LG