Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi Küveytdəki terror aktını pisləyir


Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi Küveytdə məsciddə törədilmiş terror aktını pisləyən bəyanat yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bəyanatda deyilir:

“Biz 26 iyun tarixində Küveytdə məsciddə törədilmiş terror aktını qəti şəkildə pisləyir, yaxınlarını itirən ailələrə dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını arzu edirik. Azərbaycan Respublikası terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini qəti şəkildə dəstəkləyir və Küveyt xalqı ilə həmrəyliyini ifadə edir”.

XS
SM
MD
LG