Accessibility links

Cənub Qaz Dəhlizinin layihə üzrə Məşvərət Şurasının ikinci iclasının keçiriləcək


Natiq Əliyev

Natiq Əliyev

ABŞ-ın xüsusi elçisi Amos Hokstayn Azərbaycanın energetika naziri Natiq Əliyevlə görüşüb.

ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn Azərbaycanın energetika naziri Natiq Əliyevlə görüşüb.

Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin, o cümlədən enerji sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Hər iki ölkə arasında enerji əməkdaşlığının yüksək səviyyədə olduğu qeyd edilib və bu sahədə əlaqələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Energetika naziri Natiq Əliyev Cənub Qaz Dəhlizi layihəsinin enerji təhlükəsizliyi baxımından yüksək perspektivlərindən bəhs edərək, Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsi çərçivəsində görülən işlər barədə məlumat verib.

A.Hokstayn bildirib ki, Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyinə təminat verən layihədir və ABŞ Azərbaycanın strateji tərəfdaşı kimi gələcək layihələrə də dəstək verəcək.

Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində işlərin gedişatını müzakirə etmək məqsədilə Azərbaycan tərəfindən ilin sonunda layihə üzrə Məşvərət Şurasının ikinci iclasının keçirilməsi təklif edilib.

XS
SM
MD
LG