Accessibility links

Apellyasiya məhkəməsi Fərəc Kərimlini həbsdə saxlayıb


Müsavat Partiyasının gənc fəalı Fərəc Kərimli

Müsavat Partiyasının gənc fəalı Fərəc Kərimli

İyulun 14-də Bakı Apellyasiya Məhkəməsində gənc fəal, Müsavat başqanının müavini Fərəc Kərimlinin şikayətinə baxılıb.

Məhkəmə əvvəlki instansiya məhkəməsinin qərarını qüvvədə saxlayaraq, apellyasiya şikayətini təmin etməyib.

Bu barədə jurnalistlərə onun vəkili Nemət Kərimli məlumat verib.

Vəkil qərardan kasasiya şikayəti verəcəyini, bundan sonra Avropa Məhkəməsinə müraciət edəcəyini bildirib.

N.Kərimli onu da qeyd edib ki, başqan müavini məhkəmədə son söz deməkdən imtina edib.

Fərəc Kərimli 2014-cw il iyulun 23-də həbs edilib. Ona Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsi ilə ittiham elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, 6 il yarım azadlıqdan məhrum edilib. Yerli və beynəlxalq hüquq təşkilatları onu vicdan məhbusu kimi tanıyır.

XS
SM
MD
LG