Accessibility links

24 ölkədən olan vəkillər İntiqam Əliyevə azadlıq tələb edir


Intiqam Əliyev

Intiqam Əliyev

24 ölkədən 95 vəkil Azərbaycanda uydurma ittihamlarla həbs edilmiş hüquq müdafiəçisi İntiqam Əliyevi dərhal azad etməyə çağırıb.

Prezident İlham Əliyevə ünvanlanan məktubda hüquqşünaslar həmkarları İntiqam Əliyev barəsində hökmlə bağlı narahatlıqlarını bildirir.

“Cənab prezident, biz sizi İntiqam Əliyevi dərhal və qeyd-şərtsiz azad etməyə və onun mülki və siyasi hüquqlarını bərpa etməyə çağırırıq”, deyə İnsan Hüquqları Evi Fondunun press-relizində bildirilir.

Saxta ittihamla 6 ay həbsdə saxlandıqdan sonra İntiqam Əliyev 7 il yarım müddətinə azadlıqdan məhrum edilib.

"İntiqam Əliyev təkcə tanınmış vəkil deyil, həm də gənc nəsil üçün müəllim, habelə Avropa hüquq sisteminin eksperti, Azərbaycanda Avropa İnsan Hüquqları Məhkəməsi ilə işləyən ilk hüquqşünaslardandır”, müraciətdə bildirilir.

“Hamımız üçün vəkil olmaq nadir üstünlükdür. Biz özümüzü İntiqam Əliyevlə müqayisə edirik və Azərbaycanda istənilən birimiz onun gördüyü işə görə həbs edilə bilərik”.

Məktubu Şərqi Avropanın İnsan Hüquqları Evləri Şəbəkəsi layihəsində iştirak edən müxtəlif ölkələrindən İntiqam Əliyevin həmkarları imzalayıb.

Vəkillər öz məktublarında qeyd edirlər ki, İntiqam Əliyevin saxlanma şəraiti onun səhhətini pozub.

XS
SM
MD
LG