Accessibility links

Avropa Məhkəməsi AXCP liderinə pasport verilməməsi ilə bağlı qərar çıxarıb


Əli Kərimli

Əli Kərimli

İyulun 16-da Avropa İnsan Hüquqları Məhkəməsi Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin şikayəti üzrə qərar qəbul edib.

Şikayət ölkə hakimiyyətinin Kərimliyə yeni pasport verməkdən imtinası ilə bağlı idi. 2006-cı ildə yeni sənəd üçün müraciət edən Kərimli imtina cavabı alıb. Bu imtina ona qarşı cinayət işi haqqında qeyri müəyyən səbəblərlə əsaslandırılıb.

Sözügedən iş 1994-cü ildə açılıb və 1995-ci ildə bağlanıb, buna görə cinayət təhqiqatına istinad yalandır.

Kərimlinin prokurorluğa və məhkəmələrə çoxsaylı müraciətləri nəticə verməyib.

Əli Kərimli yerdəyişmə azadlığı hüququnun məhdudlaşdırılmasına istinad edərək İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edib.

Avropa Məhkəməsinin qərarına əsasən, Kərimliyə 5 min avro təzminat və 3600 avro məhkəmə xərcləri ödənilməlidir.

XS
SM
MD
LG