Accessibility links

Riçard Hoqland: ABŞ-Azərbaycan münasibətləri yaxşılaşdıqca sərmayələr artacaq [Video]


“Azərbaycan "İpək Yolu" layihəsində vacib rol oynayır.” Bu sözləri bu gün Bakıdakı brifinqdə ABŞ dövlət katibinin müavinin baş köməkçisi Riçard Hoqland deyib. O, məsələni Azərbaycanın xarici işlər naziri ilə müzakirə etdiyini diqqətə çatdırıb.

“Azərbaycan "İpək Yolu" layihəsində vacib rol oynayır.”

Bu sözləri bu gün Bakıdakı brifinqdə ABŞ dövlət katibinin müavinin baş köməkçisi Riçard Hoqland deyib.

O, məsələni Azərbaycanın xarici işlər naziri ilə müzakirə etdiyini diqqətə çatdırıb.

"İpək Yolu" layihəsinin müzakirəsi bütün ölkələr üçün maraqlıdır”, R.Hoqland qeyd edib.

ABŞ-ın dövlət katibinin müavininin baş köməkçisi “İpək Yolu” layihəsinin ABŞ tərəfindən dəstəkləndiyini xatırlatsa da, hələlik bununla bağlı konkret qərar qəbul edilmədiyini bildirib.

R.Hoqland İrana qarşı tətbiq edilən sanksiyaların ləğv edilməsi və ölkənin regional enerji layihələrinə qoşulmasına dair suala cavabda deyib ki, İran və qərb saziş imzalayıb.

O bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi 6 ay ərzində bu sənədin texniki aspektlərinə baxacaq.

“Hələlik sanksiyalar aradan qaldırılmayacaq, bu prosesə altı aydan sonra başlana bilər”, o qeyd edib.

ABŞ rəsmisi əlavə edib ki, vəziyyətin 6 aydan sonra necə dəyişəcəyi bəlli deyil.

“İqtisadi dəyişikliklər olacaq, ümid edirik ki, bu dəyişikliklər müsbət yöndə gerçəkləşəcək”, o bildirib.

O, həmçinin son zamanlar ABŞ şirkətlərinin Azərbaycana sərmayə qoyulmasının azalması ilə bağlı suala cavab bildirib ki, “ABŞ-ın Azərbaycanda sərmayələrinin azalması statistikasında siyasi kontekst yoxdur".

Hoqland ABŞ şirkətləri özəl olduğunu xatırladıb.

“ABŞ şirkətləri özlərinin maraqlarına uyğun olduğu təqdirdə investisiya yatırır. Bizdə dövlətin idarə etdiyi şirkət yoxdur. Şirkətlərimiz iqtisadi cəhətdən sərfəli olan yerə sərmayə qoyur. Biz ötən zamanlarda Azərbaycana çox güclü investisiya yatırmışıq.Ölkələrimiz arasında münasibətlər və sərmayələr üçün şərait yaxşılaşdıqca sərmayələr də artacaq”, o qeyd edib.

XS
SM
MD
LG