Accessibility links

Rusiyalı motosikletçilərin Qarabağa səfəri araşdırılır


Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi

“Rusiyalı motosikletçilərdən ibarət qrupun Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı məsələ araşdırılır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib.

Onun sözlərinə görə, araşdırma Azərbaycanın Rusiyadakı səfirliyi vasitəsilə aparılır, bu barədə əlavə məlumatın veriləcək.

"Ermənistan və erməni lobbisinin təhriki və təsiri altında işğal olunmuş ərazilərə qanunsuz səfər edərək Azərbaycan xalqına qarşı törədilmiş işğal və qanlı etnik təmizləmənin təşviqinə xidmət edən bu kimi şəxslər daşıdıqları siyasi, hüquqi və mənəvi məsuliyyəti dərk etməlidirlər", Hacıyev deyib.

Mətbuatda "Gecə canavarları" adlı motoqrupun iyulun 31-də Ermənistana, oradan isə Dağlıq Qarabağa yollanacağı barədə məlumat yayılıb.

XS
SM
MD
LG