Accessibility links

Vəkil: Leyla Yunusun səhhəti pisləşib


Leyla Yunus
Leyla Yunus

Iyulun 30-da vəkil Elçin Qəmbərov hüquqlarını müdafiə etdiyi Leyla Yunusa baş çəkib.

“Onun səhhəti pisləşib. Mədəsində güclü ağrılar var, aramsız qaytarır və bunun nəticəsi olaraq qida qəbul edə bilmir”, deyə vəkil Turan agentliyinə bildirib.

Vəkilin sözlərinə görə lazımi tibbi xidmətin olmaması tam şəkildə müalicə aparılmasına imkan vermir. Hazırda o, qaraciyərin çürüməsinə qarşı həb içir, bunun üçün isə, professor K.Vittin tövsiyəsinə görə, qida gücləndirilməlidir – meyvə və ət yeməkləri yeyilməlidir.

“Lakin həftədə bir dəfə ərzaq verilməsi, onun kamerada yalnız olmadığını nəzərə alaraq, tam şəkildə qidalanmağa imkan vermir. Arıqlama, mədənin kiçilməsi və spazma prosesi gedir, bu da qusmaya səbəb olur. Düşünürəm ki, bunun L.Yunus üçün nəticələrinin təhlükəsini anlamaq üçün tibbi biliklərə ehtiyac yoxdur”, deyə Elçin Qəmbərov bildirib.

Xatırladaq ki, Leyla Yunus diabetdən və hepatit C-dən əziyyət çəkir. Onun müalicəsi üçün dərmanları həbsxanada Yunusu müayinə etmiş alman həkimlər yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG