Accessibility links

Xarici İşlər Nazirliyi German Sterliqovun axtarışa verilməsinin səbəbini açıqlayıb


Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

Ruiyalı biznesmen German Sterliqov barəsində cinayət işi başlayıb və həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev G.Sterliqovun Azərbaycanın İnterpol xətti ilə onu axtarışa verməsi ilə bağlı son fikirlərini şərh edərkən bildirib.

"Bu şəxsin Azərbaycanın suveren ərazisində törətdiyi cinayət əməllərinin tərkib əlamətləri nəzərə alınaraq, Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində həbs-qəti imkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib", o bildirib.

H.Hacıyev qeyd edib ki, Q.Sterliqov Rusiya vətəndaşıdır və müvafiq olaraq da Rusiya İnterpolun tam hüquqlu üzvüdür:

"1956-cı ildən etibarən beynəlxalq təşkilat statusu alan İnterpol dövlətlərarası beynəlxalq qurumdur. German Sterliqov əsasən İnterpolun üzvü olan Ermənistan və Rusiya istiqamətində hərəkət marşrutunu həyata keçirir və bu amili də nəzərə alaraq, onun barəsində İnterpol vasitəsilə axtarış verilib. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində beynəlxalq hüquq və beynəlxalq humanitar hüquqda aydın şəkildə müəyyən olunmuş işğal rejimi mövcuddur. Ermənistan tərəfindən bu ərazilərin işğalı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərdə, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Avropa İnsan Hüquqları Məhkəməsinin “Çiraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarda hüquqi baxımdan bir daha öz təsbitini tapıb".

"İstisna deyil ki, Rumıniyada tutulan böyük həcmli herion də məhz işğal olunmuş ərazilər və Ermənistan vasitəsilə Rumıniyaya aparılıb. Hal-hazırda bu məsələ araşdırılır. Konkret cinayətlərdə ittiham olunan və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Sterliqovun məsuliyyətdən qaçaraq işğal olunan ərazilərdə gizlənməsi bir daha sübut edir ki, bu ərazilərdə münbit kriminal mühit hökm sürür", XİN rəsmisi əlavə edib.

Qerman Sterliqov Rusiya vətəndaşıdır və “Qerman Sterliqov Şirkətlər Qrupu”nun Direktorlar Şurasının rəhbəridir. O bu ilin iyulun 4-də Ermənistan vasitəsi ilə Azərbaycanın ermənilərin nəzarətində olan ərazilərinə keçib. İyulun 13-də Şuşa şəhərində mətbuat konfransı keçirib. Mətbuat konfransında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün əleyhinə çıxış edib.

XS
SM
MD
LG