Accessibility links

Leyla və Arif Yunusların məhkəməsi təxirə salınıb [Video]


Leyla və Arif Yunusların məhkəməsi təxirə salınıb
please wait

No media source currently available

0:00 0:04:09 0:00

Leyla və Arif Yunusların məhkəməsi təxirə salınıb

İclas avqustun 13-də davam edəcək

Leyla və Arif Yunusların işi üzrə məhkəmə avqustun 13-nə keçirilib.

Buna səbəb yeni tərcüməçilərin təyin edilməsidir ki, L.Yunus bununla bağlı narazılığını bildirib. Odur ki, vəkillər onların dəyişdirilməsi barədə vəsatət qaldırıblar. Vəsatət təmin edilib və məhkəmə əvvəlki tərcüməçiləri geri qaytaracaq.

Tərcüməçilərin olması L.Yunusun rus dilində danışması ilə əlaqədardır.

İclas avqustun 13-ü saat 10:00-a keçirilib. Bu barədə Amerikanın Səsinə vəkil Əfqan Məmmədov bildirib.

Onun sözlərinə görə, zalda A.Yunusu MTN təcridxanasının həkimləri müşaiət ediblər.

Dövlət ittihamçısı Leyla Yunusa 11, Arif Yunusa isə 9 il iş istəyib.

Leyla Yunus və həyat yoldaşı Arif Yunus dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Yunuslar ittihamları qəbul etmir, həbslərini siyasi sifariş sayırlar.

Leyla Yunus ötən il iyulun 30-da, Arif Yunus isə avqustun 5-də həbs olunub.
«Amnesty International» təşkilatı onları vicdan məhbusu kimi tanıyıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG