Accessibility links

Türkiyədə İŞİD-ə qoşulmaq istəyən azərbaycanlı saxlanıb


 İŞİD
İŞİD

Bu barədə Türkiyənin NTV kanalı məlumat verib

İŞİD terror təşkilatına qoşulmaq üçün Suriyaya getmək istəyən azərbaycanlı Ankaranın Esenboğa hava limanında saxlanılıb.

Bu barədə Türkiyənin NTV kanalı məlumat verib.

Məlumata görə Ankara Polis İdarəsinin terrorla mübarizə idarəsinin əməkdaşları Azərbaycandan Ankaraya gələn təyyarədə İŞİD-ə qatılmaq üçün Suriyaya getməyi planlaşdıran şəxsin olduğu barədə məlumat alıb.

Polis əməkdaşları Esenboğa hava limanında 49 yaşlı azərbaycanlı Bəkir Qalibovu saxlayaraq, üzərində axtarış aparıblar.

Onun üzərindən 17 müdafiə jileti, tibbi ləvazimat, dərman preparatları, şpris aşkar edilib. Şübhəli şəxs polis şöbəsinə aparılıb. Onun Azərbaycana deportasiya ediləcəyi bildirilir.

Qeyd edək ki, son zamanlar Azərbaycandan İŞİD-ə və Suriyada Bəşər Əsəd ordusu tərkibinə qoşulmaq istəyən Azərbaycan vətəndaşları Türkiyə ərazisindən tranzit kimi istifadə edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG