Accessibility links

Rusiya hərbi gəmiləri Bakıya gəlib


Rusiya hərbi gəmiləri Bakıya gəlib

Rusiya hərbi gəmiləri Bakıya gəlib

Səfər avqustun 16-dək davam edəcək

Rusiya Xəzər Dəniz Donanmasının "Mahaçqala" və "Volqodonsk" kiçik artilleriya gəmilərinin, həmçinin “Anatoliy Qujvin” kiçik hidroqrafiya gəmisinin bu gün Bakıya rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya hərbi gəmilərini Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin və Rusiya Federasiyasının ölkədəki səfirliyinin nümayəndələri qarşılayıblar.

Nümayəndə heyəti Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı, Səbail rayon icra hakimiyyəti və Bakı Dəniz Limanının rəhbərliyi ilə görüşlər keçiriblər.

Rusiya hərbi gəmiləri Bakıya gəlib

Rusiya hərbi gəmiləri Bakıya gəlib

Bundan başqa, qonaqlar Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində tədris prosesi ilə də tanış olacaqlar.

Gəmilərin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər avqustun 16-dək davam edəcək.

XS
SM
MD
LG