Accessibility links

Ali Məhkəmə Anar Məmmədlini həbsdə saxladı


 Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli

Seçki monitorunun qanunsuz həbsi ilə bağlı ilk şikayəti Avropa məhkəməsinə ünvanlanıb

Azərbaycan Ali Məhkəməsi bu gün Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin kassasiya şikayətini təmin etməyərək, onun barəsində ittiham hökmünü qüvvədə saxlayıb.

Müdafiə tərəfi bununla razı deyil və Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədir.

Bu barədə Amerikanın Səsinə vəkil Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, bir müddət əvvəl Anar Məmmədlinin qanunsuz həbsi ilə bağlı ilk şikayəti AİHM-ə ünvanlanıb. Bu şikayət üzrə Azərbaycan hökuməti ilə kommunikasiya artıq yekunlarşıb və məsələ qərar qəbul edilməsi mərhələsindədir.

Anar Məmmədli 2013-cü il dekabrın 17-də həbs edilib və qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və vergi ödənişindən yayınmaya görə beş il yarım müddətinə azadlıqdan məhrum edilib.

2014-cü il dekabrın 10-da Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

Amnesty İnternational təşkilatı Anar Məmmədlini vicdan məhbusu elan edib. O, Vatslav Havel adına nüfuzlu beynəlxalq mükafata layiq görülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG