Accessibility links

Əhməd Davudoğlu: Türkiyə Azərbaycanın yanında olduğu müddətdə ölkə sərhədlərində problem ola bilməz


Əhməd Davudoğlu

Əhməd Davudoğlu

Türkiyə Azərbaycanın yanında olduğu müddətdə ölkə sərhədlərində problem ola bilməz.

“Anadolu” agentliyinin məlumatına görə, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlunun 30 avqust - Zəfər bayramı münasibətilə keçirilən tədbir zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, qeyd edib ki, Türkiyə həmişə Azərbaycanın yanında olub və həmişə qardaş ölkəni dəstəkləyəcək.

Ə.Davudoğlu bildirib ki, Azərbaycanın uğurları Türkiyənin uğurlarıdır, Türkiyədə avqustun 30-u qeyd olunan dövlət bayramı – Qələbə günü – Azərbaycanın da bayramıdır.

XS
SM
MD
LG