Accessibility links

İranın din xadimi Şeyx Hüseyn Nuri Həmədaninin Bakıya səfəri gözlənilir


Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani

Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani

Avqustun 31-də Qafqaz Müsəlmanları İdarəsinin dəvəti ilə İran İslam Respublikasının din xadimi Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədaninin Azərbaycana səfəri başlayır.

QMİ-nin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan və İran arasında dini-mənəvi əlaqələrin inkişafına töhfə məqsədi daşıyan səfər çərçivəsində Bakı şəhərində və bölgələrdə - Şamaxı və Gəncədə bir sıra görüşlər nəzərdə tutulub.

Səfər çərçivəsində nümayəndə heyəti Şəhidlər Xiyabanını, Heydər məscidini və digər yerləri ziyarət edəcəklər. Səfər sentyabrın 4-ü başa çatır.

XS
SM
MD
LG