Accessibility links

Ann Brasser Azərbaycanı repressiyalara son qoymağa çağırıb


Ann Brasser
Ann Brasser

Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brasser Xədicə İsmayılova barədə çıxarılan 7,5 il həbs hökmündən təəssüflənib.

"Bu hökm məni çox təəssüfləndirdi. Bu hökm Azərbaycan məhkəmə sistemində ciddi və sistemli problemlərin olduğunu göstərir", AŞPA prezidenti bildirib.

Ann Brasser Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyətinə, insan haqları müdafiəçilərinə və müstəqil jurnalistlərə qarşı sərt basqıları dayandırmağa çağırıb.

O, həmçinin qeyd edib ki, ABŞ-da "Parlament Spikerlərinin IV Dünya Konfransı"nda bu məsələni Oqtay Əsədovla müzakirə edəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG