Accessibility links

BMT-nin Ali Komissarı Azərbaycanı siyasi məhbusları azad etməyə çağırıb


U.N. High Commissioner for Human Rights Jordan's Zeid Raad al-Hussein
U.N. High Commissioner for Human Rights Jordan's Zeid Raad al-Hussein

BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Raad al-Hüseyn Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı davam edən təzyiqləri pisləyib.

“Dəfələrlə dövlət hakimiyyətinin ali orqanlarına, o cümlədən ölkə prezidentinə jurnalistlərə, hüquq müdafiəçilərinə və fəallara qarşı dövlət orqanları tərəfindən hədsiz təzyiq, təqib və qorxutma ilə bağlı çağırışlarıma baxmayaraq, bu cür faktlar davam edir”, deyə Zeyd bildirib.

“Mən Azərbaycan hökumətini ifadə, birləşmək və ya dinc toplaşmaq, habelə digər hüquq və müdafiə azadlığı hüquqlarına görə azadlıqdan məhrum edilmiş şəxsləri dərhal azad etməyə çağırıram”, deyə o əlavə edib.

Bəyanatda deyilir ki, 2015-ci il sentyabrın 1-də Bakıda jurnalist və hüquq müdafiəçisi Xədicə İsmayılova 7,5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmə beynəlxalq standartlara uyğun olmayıb.

Zeyd qeyd edib ki, prokurorluq İsmayılovanı peşə fəaliyyətinə görə təqib edib.

İsmayılova Azərbaycanda insan hüquqları pozuntuları və korrupsiya haqqında məqalələrin müəllifidir.

“İsmayılova ölkədə müstəqil səslərin kəsilmsinin son nümunəsidir. Azərbaycan hakimiyyəti artıq bir sıra digər jurnalistləri, hüquq müdafiəçilərini və fəalları, o cümlədən Leyla və Arif Yunusu, İntiqam Əliyevi, Anar Məmmədlini və Rəsul Cəfərovu müxtəlif şübhəli ittihamlarla həbs edib”, deyə Zeyd bildirib.

BMT-nin insan hüquqları üzrə idarəsi bu məhbuslardan bəzilərinin vəziyyətinin ağır olduğu və səhhətinin pisləşdiyi haqqında narahatedici məlumatlar alıb.

“Azərbaycan hakimiyyətini ağır xəstə olan məhbusları humanitar məqsədlərlə təcili azad etməyə çağırıram”, deyə Zeyd qeyd edib.

Zeyd həmçinin hökuməti bu yaxınlarda qəbul edilmiş QHT-lərin və bütünlükdə vətəndaş cəmiyyətinin fəaliyyətini və maliyyələşdirilməsini məhdudlaşdıran qanunvericiliyə düzəlişləri ləğv etməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG