Accessibility links

İlham İsmayıl: PKK-nin hədəfi Azərbaycan deyil, amma...[Video-Müsahibə]


Milli Təhlükəsizlik Nazirliyinin keçmiş polkovnik-leytenantının Amerikanın Səsinə müsahibəsi

Milli Təhlükəsizlik Nazirliyinin keçmiş polkovnik-leytenantı İlham İsmayıl Amerikanın Səsinə müsahibəsində Türkiyədə son terror hadisələri və Azərbaycanın iştrak etdiyi regional layihələrə terror hücumlarının səbəblərindən danışıb.

Amerikanın Səsi: Türkiyə ərazisində Azərbaycanın iştirak etdiyi regional iqtisadi layihələrə son terror hücumlarının səbəbləri nədir?

Burada hədəf Azərbaycan deyil, hədəf Türkiyədir.

İlham İsmayıl: Azəbaycanın da iştirak etdiyi həmin regional iqtisadi layihələrin partaldılması təxminən bir ay bundan əvvəl bir-birinin ardınca baş verdi. Bundan əvvəl də Türkiyə ərazisində boru kəmərlərində terror hadisələrinin baş verməsi barədə zaman-zaman məlumatlar olub. Amma, konkret olaraq son ayda iki dəfə terror hadisəsinin baş verməsinə (Bakı-Tbilisi-Ərzrum qaz boru kəməri-red) səbəb Türkiyənin Suriya sərhədlərində İŞİD-lə başladığı mübarizə və terrora qarşı mübarizəsinin bir qolu kimi PKK terror təşkilatına qarşı apardığı kəskin, ciddi, silahlı mübarizəsi oldu. Bu mübarizədə PKK-a Türkiyə dövlətinə təzyiq etmək üçün zəif qorunan bir yerdə boru kəmərlərinə terror hücumu həyata keçirdi. Burada hədəf Azərbaycan deyil, hədəf Türkiyədir. Amma, Azərbaycandan xarici bir ölkə, güc kimi Türkiyəyə qarşı istifadə etmək istəyirdi.

Həm də bu boru kəməri təkcə Azərbaycana aid deyil, başqa tərəflər də olduğuna görə düşünürdülər ki, Türkiyənin bu və ya digər şəkildə PKK-ya qarşı silahlı mübarizəsini dayandırmasına kömək edəcək. Birinci terror hücumunda bu alınmadı, ona görə ikinci hücum da baş verdi. Türkiyə belə məsələlərdə istər kənar təsir olsun, istər daxili təzyiq olsun güzəştə gedən deyil.

Amerikanın Səsi: Fikrinizcə, Azərbaycan regional iqtisadi layihələrini terror hücumlarından qorumaq üçün hansı addımları atmalıdır?

İlham İsmayıl: Regonal layihələrin təhlükəsizliyinə ərzazisindən keçdiyi dövlət özü cavabdehdir. Neft kəməri üzrə həm də baş sponsor olan BP cavabdehlik daşıyır. Amma, hər bir dövlət öz ərazisində onun təhlükəsizliyini təmin edir. Azərbaycan da öz ərazisində təhlükəsizliyin təmin edilməsi üçün daha ciddi addımıar atır, daha sayıq tədbirlər görür. Xüsusi xidmət orqanları əməliyyat-axtarış işlərini, qarşı dövlətlərlə informasiya mübadiləsini, əməkdaşlığını daha da artırır. Amma, teror hadisəsi birbaşa Türkiyə ərazisində baş verdiyindənAzərbaycan cavabdehlik edə bilmir. Sadəcə Azərbaycan qardaş dövlət qarşısında məsələni ciddi şəkildə qoyur ki, bu hücumlardan zərər görür.

Amerikanın Səsi: Türkiyədə, son dövrlər hökm sürən sabitlik hansı səbəbdən belə sürətlə pozuldu? Bu davamlı terror hücumlarının arxasında hansı qüvvələr durur?

Bu gün dünyada Türkiyədən çox terror hadisəsi baş verən ikinci belə dövlət yoxdur.

İlham İsmayıl: AKP hakimiyyətə gələndən sonra Türkiyənin Atatürkdən başlayan siyasətində radikal dəyişikliklər baş verdi. Bu radikal dəyişikliklərlə Türkiyə iqtidarı seçkilərdə həmişə qələbə qazandı. Daha çox siyasiləşməmiş kütləyə hesablanmış siyasət yeridildi. Ənənvi olan qərbyönümlü siyasətdən birbaşa yenidən islam dünyasına meyl etmək, bölgədə İsrail kimi tərəfdaşla konfliktə girmək, İraq əməliyyatında NATO-ya, ABŞ-a əngəl törətmək, İncirlik bazasından istifadənin qarşısının alınması, bütün bunlar Türkiyəyə olan əvvəlki inamı, etibarı azaltdı. Bu zaman təbii ki, başqa proseslər də baş verdi. Şərqə, islam dünyasına meyllilik, islam dövlətlərində özünə nüfuz qazanmaq son anda o nəticəni vermədi. Çünki, Türkiyənin təhlükəsizliyinə birbaşa NATO cavabdehdir. NATO istiqaməti götürdüyünə görə, Türkiyədə xüsusi xidmət orqanları həmişə İsrailin, Amerikanın kəşfiyyat orqanları tərəfindən xəbərdarlıq edilib. Bu xəbərdarlıqar baş verəməyəndə, qərbin də Türkiyəyə təzyiqi artanda aydın məsələdir ki, İŞİD, Suriya, PKK öz işini göRdü. PKK son 35 ildə Türkiyəni həmişə terrorla hədədləyib. Artan dövr olub, azalan dövr olub. Ərdoğanın dövründə bir barış çağırışı oldu. Yəni barışacağıq, dağlardan enin, əfv edirik və s. Kürd dilində televiziya açıldı. Son seçkilərdə o dərəcəyə çatdı ki, (mən ona PKK-nin siyasi qanadə deyərdim) HDP gəldi Türkiyə Böyük Millət Məclisində 80 deputatla təmsil olunmağa başladı. Amma, MİT-in (Milli İstibarat Təşkilatı-red) məlumatı olmalı idi ki, PKK-a təzyiqdən imtina etməyib, əksinə dağlarda həmin adamların maliyyə imkanları daha da genişlənib, qərbdən daha çox maliyyə alırlar. Terror hadisələri PKK-ya qarşı mübarizə başlayanada baş verdi. Bu gün dünyada Türkiyədən çox terror hadisəsi baş verən ikinci belə dövlət yoxdur.

Amerikanın Səsi: Türkiyədə baş verən terror hadisələrinin Azərbaycan üçün siyasi dərsləri nə ola bilər?

İlham İsmayıl: Azərbaycan PKK-nin hədəfində deyil, özünə ikincı cəbhə açmaq istəmir. Sadəcə terroru törədən şəxslər çox asanlıqla Azərbaycanın ərazisinə keçib, bir müddət sığınacaq əldə edə bilər və sonra yeri gəlsə burada da terror hadisələri törədə bilərlər. Bu mənada bizim sərhəd-keçid məntəqələri xüsusi sayıqlıqla qorunmalı, gediş-gəlişlər xüsusi nəzarətə alınmalı, qarşı dövlətlə, Türkiyə ilə xüsusi xidmət orqanlarının ciddi əməkdaşlığı olmalıdır.

XS
SM
MD
LG