Accessibility links

Cəmil Həsənlinin qızının apellyasiya şikayəti davam edir [Video]


Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin apellyasiya şikayətinə baxılıb.

Fevralın 22-də Yasamal rayon Məhkəməsi Günel Həsənlini 19 sentyabr 2014-cü ildə 87 yaşlı Adilə Səlimovanı maşınla vurmaqda təqsirli bilib və onu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə bir il yarım müddətinə azadlıqdan məhrum edib.

Təqsirləndirilən şəxs özünü təqsirli bilmir, zərərçəkmiş özünü bu statusa uyğun görmür, işdə şahid yoxdur.

Lakin “zərərçəkmiş” Adilə Səlimova bu cəzanı əsassız hesab edib. O bildirib ki, Günel onu maşınla vurmayıb, əksinə, yaşlı qadın küçədə özünü pis hiss edib yıxılanda ona kömək edib. Buna görə Səlimova məhkəməni Günel Həsənlini cəzadan azad etməyə çağırıb.

Apreldə Bakı Apellyasiya Məhkəməsi şikayətə istintaqla baxılmasından imtina edib. Müdafiə tərəfi Ali Məhkəməyə kassasiya şikayəti verib, bu şikayət də təmin edilib.

Sentaybrın 11-də Bakı Apellyasiya Məhkəməsi şikayətə mahiyyəti üzrə baxılmasına başlayıb.

Vəkil Fəxrəddin Mehdiyev hökmün qanunsuz və əsassız olduğunu bildirib. Onun sözlərinə görə, Günelin hərəkətlərində cinayət tərkibi yoxdur.

“Təqsirləndirilən şəxs özünü təqsirli bilmir, zərərçəkmiş özünü bu statusa uyğun görmür, işdə şahid yoxdur,” deyə vəkil bildirib.

2013-cü il prezident seçkilərində müxalifətin vahid namizədi olmuş Cəmil Həsənli qızına qarşı başladılmış məhkəmə işini siyasi motivli sifariş hesab edir.

2013-cü il prezident seçkilərində müxalifətin vahid namizədi olmuş Cəmil Həsənli qızına qarşı başladılmış məhkəmə işini siyasi motivli sifariş hesab edir.

Digər vəkil Adil İsmayılov Adilə Səlimovanın ayağında qırıq olduğunu əks etdirən 2007-ci il tarixli rentgen görüntüsünü təqdim edib, bundan sonra o, çətinliklə hərəkət edir. Lakin məhkəmə-tibb ekspertizası bunu “görməyib”.

İstintaq qərəzli olub və Günelin özünün Səlimovanı xəstəxanaya apardığını nəzərə almayıb. Xəstəxanada məlum olub ki, qadın xəsarət almayıb və bütün bu proses polis əməkdaşı tərəfindən müşaiyət olunub.

Daha sonra vəkil məhkəmənin qərəzli olduğunu bildirib, belə ki, adətən məhkəmələr yol nəqliyyat hadisəsi törədən sürücü qaçıb gizlənsə belə, onu məsuliyyətdən azad edir və ya azadlıqdan məhrum etmir.

Adilə Səlimova özü bir daha bildirib ki, heç bir xəsarət almayıb və Günelə qarşı şikayəti yoxdur.

Prokuror Ceyhun Budaqov sənədləri araşdırmaq üçün vaxt istəyib.

Hakim növbəti iclası sentyabrın 14-nə təyin edib.

XS
SM
MD
LG