Accessibility links

Feridun Sinirlioğlu: "Bakı-Tbilisi-Ceyhan, TANAP layihəsinin təhlükəsizliyi bizim üçün vacibdir [Video]


Sentyabrın 16-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan türkiyəli həmkarı Feridun Sinirlioğlu ilə görüşüb.

Görüş təkbətək formatda və geniş tərkibdə baş tutub.

Hər iki nazir görüşdən sonra birlikdə mətbuat konfransı keçirib.

Bakı-Tbilisi-Ceyhan, TANAP layihəinin təhükəsizliyi bizim üçün vacibdir və ona görə bütün tədbirlər görülür.

Elmar Məmmədyarov bildirib ki, türkiyəli həmkarı ilə ikitərəfli əməkdaşlıq məsələləri, regionda və dünyada vəziyyət, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin tamamlanması həmçinin, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə ediblər:

“Azərbaycan və Gürcüstan tərəfində bütün işlər görülüb. Əminik ki, bu ilin sonu, gələn ilin əvvəlinə kimi Türkiyə tərəfi də işləri bitirəcək. Bu, strateji layihədir və təkcə Cənubi Qafqaz üçün deyil, Orta Asiya üçün də önəmlidir. Qazaxıstanla da bu məsələləri müzakirə etmişik. Türkmənistan və Çin də bu işdə çox maraqlıdır. Dəmir yolu millətləri bir-birinə sıx bağlayır”.

E. Məmmədyarov regional məsələləri də müzakirə etdiklərini söyləyib:

“Suriya miqrantları məsələsinə də toxunduq. Bizim üçün vacib məsələdir. Azərbaycan da öz yaxın tarixində belə vəziyyətlə üzləşib. Türkiyədə 2 milyona yaxın qaçqın məskunlaşıb. Bu problem tez bir zamanda aradan qaldırılmalı və həmin insanlar öz torpaqlarına qayıtmalıdır. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəkləyir. Firudin bəy o zaman BMT Təhlükəsizlik Şurasının qətnamələri üzərində çalışmış diplomatlardan biridir”.

Nazir qeyd edib ki, müzakirələrdə Suriyada miqrantlarla bağlı məsələyə də toxunub.

Türkiyənin Aralıq Dənizi sahilindəki Ceyhan limanında neft çənləri

Türkiyənin Aralıq Dənizi sahilindəki Ceyhan limanında neft çənləri

Türkiyənin Xarici İşlər Naziri F.Sinirlioğlu Türkiyədə baş verən son hadisələr barədə açıqlama verərək, təhlükəsizlik, terrora qarşı mübarizə üçün lazımi tədbirlər görüldüyünü deyib.

"Bakı-Tbilisi-Ceyhan, TANAP layihəinin təhükəsizliyi bizim üçün vacibdir və ona görə bütün tədbirlər görülür".

F. Sinirlioğlu bəyan edib ki, Türkiyə və Azərbaycan regionda mövcud olan üçtərəfli əməkdaşlıq formatlarını davam etdirməyə sadiqdir:

“Enerji və daşınma layihələrinin bölgənin inkişafı naminə davam etdirilməsində qərarlıyıq. TANAP və BTC layihələrini bu çərçivədə görürük. Noyabr ayında G20 sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevi Antalyada görməkdən qürur duyacağıq. Ölkəmizin xüsusi dəvətlisi olan Azərbaycanın hər sahədə töhfələri önəmlidir. Birinci Avropa Oyunlarında uğurları münasibətilə Azərbaycanı bir daha təbrik edirəm. Noyabrın 1-də hər iki ölkədə keçiriləcək seçkilərin ölkələrimiz üçün yaxşı nəticələri olacağına əminəm”.

XS
SM
MD
LG