Accessibility links

Avropa Parlamenti Azərbaycanın “Avronest” PA-dan çıxmaq qərarı barədə


Avropa Parlamenti
Avropa Parlamenti

Avropa Parlamenti “Avronest” ilə əməkdaşlığın dayandırılması proseduruna başlanması barədə Milli Məclisin qərarından təəssüflənir.

Bununla əlaqədar “Avronest”in həmsədrləri Heydi Hautala (Finlandiya) və Viktor Dolidze (Gürcüstan) bəyanatla çıxış ediblər.

Turanın məlumatına görə, “Milli Məclis “Avronest” PA Bürosunu rəsmən xəbərdar edərsə “Avronest” PA ilə normal münasibətləri saxlamaq üçün tədbirlər təklif ediləcək.

İstənilən halda “Avronest” “Şərq tərəfdaşlığı”nın parlament qanadı olaraq qalır, Avropa İttifaqı və “Şərq tərəfdaşlığı” ölkələrinin siyasi və iqtisadi inteqrasiyasına xidmət etməkdə davam edəcək.

“Avronest” PA-da iştirak hər kəsin könüllü və suveren seçimidir. Bu mənada biz Milli Məclisin qərarını qəbul edirik və hörmətlə yanaşırıq. Eyni zamanda Milli Məclisin region üçün bəlli əhəmiyyətə malik parlament iclaslarında özünü səs hüququndan məhrum etməsinə təəssüflənirik.

“Avronest” PA qanununa görə, bu qurumdan çıxmaq xəbərdarlıq etdikdən bir il sonra qüvvəyə minir. Bu müddətdə biz Milli Məclislə məsələləri müzakirə etməyə hazır olduğumuzu bildiririk”, - bəyanatda deyilir.

* “Avronest”PA Aİ “Şərq tərəfdaşlığı” təşəbbüsünün parlament komponentidir. Assambelyanın tərkibində Avropa Parlametindən 60 və təşəbbüs iştirakçısı olan dövlətlərin - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukraynanın hər birindən 10 deputat iştirak edir.

XS
SM
MD
LG