Accessibility links

Avropa liderləri Azərbaycanla bağlı vəziyyəti müzakirə edirlər


Anne Brasseur

Anne Brasseur

Strasburqda AŞPA prezidenti ANN Brasser, Avropa Parlamentinin rəhbəri Martin Şults və Avropa İttifaqının Genişlənmə üzrə Komissarı Yohannes Hanın görüşü keçirilib. Görüşdə hər iki parlament qurumunun siyasi qrup liderləri iştirak ediblər.

AŞPA mətbuat xidmətinin məlumatında deyilir ki, görüş iştirakçıları Türkiyədəki vəziyyəti, miqrantlar problemini, Ukraynadakı münaqişəni, habelə Azərbaycan və Rusiya ilə münasibətləri müzakirə ediblər.

Müxtəlif siyasi qrupların siyasi liderləri ortaq həllər tapmaq üçün müzakirəini və əməkdaşlığı davam etdirməyə razılaşıblar.

Mətbuat xidmətinin məlumatına görə, Ann Brasser görüşün yekunlarına görə “hökumətlər öz öhdəliklərinə görə cavab verməlidirlər”, deyə bildirib.

XS
SM
MD
LG